Azərbaycan Respublikası Prezidentinin
2012-ci il 26 dekabr tarixli 794 nömrəli Fərmanı ilə təsdiq
edilmiş «Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidməti
haqqında Əsasnamə»də və «Azərbaycan
Respublikası Xüsusi Dövlət
Mühafizə Xidmətinin strukturu»nda dəyişikliklər edilməsi barədə
Azərbaycan
Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan
Respublikası Prezidentinin 2012-ci il 26 dekabr tarixli 794 nömrəli
Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2012, ¹12, maddə 1268) ilə təsdiq edilmiş "Azərbaycan
Respublikası Xüsusi Dövlət Mühafizə Xidməti
haqqında Əsasnamə"də və "Azərbaycan
Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin
strukturu"nda dəyişikliklər təsdiq edilsin.
İlham ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı şəhəri,
10 dekabr 2013-cü il
Azərbaycan.-2013.- 19 dekabr.- S.1.