Albaniya Respublikasının Baş naziri
Edi Ramanın Azərbaycana
səfəri başa çatıb
"Şahdəniz-2" üzrə yekun investisiya qərarının imzalanma mərasimində iştirak edən Albaniya Respublikasının Baş naziri Edi Ramanın Azərbaycan Respublikasına səfəri dekabrın 18-də başa çatmışdır.
Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda hörmətli qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Albaniya
Respublikasının Baş nazirini hava limanında Azərbaycan
Respublikasının energetika naziri Natiq Əliyev və digər
rəsmi şəxslər yola saldılar.
AzərTAc
Azərbaycan.-2013.- 19 dekabr.- S.5.