Mədəniyyətlərarası dialoqa dair «Bakı prosesi»nin

 beşillik yubileyi qeyd edilmişdir

 

Dekabrın 18-də Bakı Biznes Mərkəzində mədəniyyətlərarası  dialoqa dair "Bakı prosesi"nin 5 illik yubiley mərasimi keçirilmişdir. Tədbirdə  Bakıda keçirilmiş ikinci Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu üçün məşhur bəstəkar Kristof Goze tərəfindən hazırlanmış 16 dəqiqəlik xəyali səyahəti özündə ehtiva edən musiqi əsəri nümayiş olunmuşdur. Bu əsərdə 30-dan çox orijinal musiqi yazısından istifadə edilmişdir.

Böyük maraqla qarşılanan bu musiqi əsərinin səsləndirilməsindən sonra tədbiri giriş sözü ilə açan mədəniyyət və turizm naziri Əbülfəs Qarayev iştirakçıları mədəniyyətlərarası dialoqa dair "Bakı prosesi"nin beşillik yubileyi münasibətilə təbrik etmişdir.

Nazir demişdir ki, "Bakı prosesi" 2008-ci ilin dekabrında paytaxtımızda keçirilmiş Avropaona qonşu regionların mədəniyyət nazirlərinin konfransında irəli sürülmüşdür. Bu konfransda ilk dəfə olaraq  10 islam ölkəsinin də iştirak etməsi ilə yeni bir formanın əsası qoyulmuşdur. Ümumilikdə 48 ölkənin, 8 beynəlxalq təşkilatın və bir sıra  beynəlxalq qeyri-hökumət təşkilatlarının yüksək səviyyəli nümayəndələrinin iştirak etdikləri bu konfransda Azərbaycanın təşəbbüsü ilə ilk dəfə olaraq "Mədəniyyətlərarası dialoqun təşviqinə dair Bakı Bəyannaməsi" qəbul edilmiş, beləliklə də sivilizasiyalar arasında dialoqun inkişafını nəzərdə tutan "Bakı prosesi"ninbu prosesin uğurla davam etdirilməsi məqsədilə Azərbaycan tərəfindən təklif edilən "Sənətçilər dialoq naminə" layihəsinin əsası qoyulmuşdur. Konfransda Azərbaycan Prezidenti İlham Əliyevin dərin məzmunlu nitqi,  irəli sürdüyü təkliflər və tövsiyələr "Bakı prosesi"nin qlobal bir təşəbbüsə çevrilməsinə səbəb olmuşdur.

Ə.Qarayev demişdir ki, "Bakı prosesi"nin davamlılığını təmin etmək məqsədilə 2009-cu ildə Bakıda keçirilmiş İslam ölkələrinin mədəniyyət nazirlərinin VI konfransına Azərbaycanın təşəbbüsü ilə islam ölkələri ilə yanaşı, 10-dan çox Avropa dövlətinin təmsilçisi də dəvət olunmuşdur. Konfransda Avropa Şurasına üzv dövlətlərlə İslam Konfransı təşkilatına üzv dövlətlərin iştirakı ilə "Mədəniyyətlərarası dialoq" mövzusunda "dəyirmi masa" keçirilmiş və birgə kommünike qəbul edilmişdir. 2010-cu ildə isə bu regional təşəbbüs qlobal hərəkata çevrilməyə başlamış və BMT-nin Baş Məclisinin 65-ci sessiyasında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən Bakıda keçirilən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu təşəbbüsü elan edilmişdir.

Prezident İlham Əliyevin himayəsi ilə  Bakıda keçirilmiş birinciikinci Ümumdünya Mədəniyyətlərarası Dialoq forumları haqqında məlumat verən Ə.Qarayev demişdir ki, bu möhtəşəm tədbirlər UNESCO, BMT-nin Sivilizasiyalar Alyansı, Avropa Şurası, Avropa Şurasının Şimal-Cənub Mərkəzi, İSESCO, BMT-nin Dünya Turizm Təşkilatının tərəfdaşlığı ilə reallaşmışdır.

Diqqətə çatdırılmışdır ki, Prezident

İlham Əliyevin müvafiq fərmanı ilə forum hər iki ildən bir Azərbaycanda keçirilir.

Nazir demişdir ki, biz gələcəkdə beynəlxalq elmi ictimaiyyəti, universitetbeyin mərkəzlərini bu prosesə fəal cəlb etmək niyyətindəyik. 2015-ci ildə keçiriləcək üçüncü Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna ciddi layihə və proqramlarla hazırlaşırıq.

Tədbirdə bu il mayın 29-dan iyunun 1-dək Bakıda "Çoxmədəniyyətli dünyada sülh şəraitində birgə yaşamaq" şüarı altında keçirilmiş ikinci Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun hesabatı dinlənilmişdir.

Hesabatı Böyük Britaniyanın Koventri Universitetinin professoru, Sosial Münasibətlər Mərkəzinin direktoru Mayk Hardi təqdim etmişdir.

Hesabatda ikinci Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu geniş şəkildə təhlil olunmuş, Azərbaycan Prezidentinin bu mötəbər beynəlxalq tədbirə verdiyi dəstək xüsusi olaraq diqqətə çatdırılmışdır.

Bildirilmişdir ki, Bakı Forumu sülhə, dialoqa, anlaşmasivilizasiyalar arasında əməkdaşlığa öz töhfəsini verməkdədir.

M.Hardi 2015-ci ilin payızında Bakıda keçirilməsi nəzərdə tutulan üçüncü Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu ilə bağlı tövsiyələrini vermişdir.

Tədbirdə çıxış edən Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyinin sədri Kamran İmanov son illər ölkəmizdə təşkil edilən beynəlxalq tədbirlərin böyük əhəmiyyət daşıdığını söyləmişdir.

Bildirmişdir ki, bu gün Azərbaycan dövləti tərəfindən həyata keçirilən xoşməramlı siyasət, həmçinin müxtəlif mədəniyyətlərin və qitələrin qovuşuğunda yerləşən ölkəmizin həm geosiyasi vəziyyəti, həm də mədəni zənginliyin "Bakı prosesi" çərçivəsində mədəniyyətlərarası dialoq  təşəbbüslərini Avropaona qonşu regionların hüdudları çərçivəsindən çıxararaq daha qlobal səviyyəyə yüksəltməyə nail olmuşdur.

K.İmanov demişdir ki, Bakıda Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun keçirilməsi  böyük dünya hadisəsidir. Azərbaycanın belə bir qlobal hərəkatın təşəbbüskarı kimi çıxış etməsi heç də təsadüfi deyildir. Bu gün Azərbaycan bütün dünya üçün əsl tolerantlıq nümunəsi olan məkandır. Burada tarix boyu fərqli milli, dini mənsubiyyəti olan icmalar, xalqların nümayəndələri qarşılıqlı əməkdaşlıq və mehriban şəraitdə yaşamış və bu gün də yaşayırlar. Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu müxtəlif xalqların bir-birlərinin mədəniyyətlərinə daha yaxından bələd olmaları baxımından da təqdirəlayiqdir.

Müəllif Hüquqları Agentliyinin sədri məşhur bəstəkar Kristof Goze tərəfindən hazırlanmış videoçarxı da yüksək qiymətləndirmişdir. Əmin olduğunu bildirmişdir ki, "Bakı prosesi" ildən-ilə genişlənərək daha böyük coğrafiyanı əhatə edəcəkdir.

Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin direktoru Fərhad Məmmədov  da  indiyədək Bakıda keçirilmiş birinci və ikinci Ümumdünya Mədəniyyətlərarası Dialoq forumlarının yüksək səviyyədə təşkilini Azərbaycanın uğuru hesab etmişdir.

 

 AzərTAc

Azərbaycan.-2013.- 19 dekabr.- S.5.