«Euronews» telekanalının «No Comment» rubrikasının əsas xəbəri IDEA İctimai Birliyi və «YARAT» Müasir İncəsənət Məkanının «Tullantıdan incəsənətə» adlı müştərək layihəsinə həsr olunub

 

"Euronews" telekanalının "No Comment" rubrikasının əsas xəbəri  Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın rəhbərlik etdiyi IDEA İctimai Birliyi və "YARAT" Müasir İncəsənət Məkanının "Tullantıdan incəsənətə" adlı müştərək layihəsinə həsr olunmuşdur.

AzərTAc xəbər verir ki, təqdim olunan kadrlarda layihə çərçivəsində Bakı şəhərində istifadə olunmuş 3000-dən çox plastik butulkanın toplanaraq, paytaxtın Səməd Vurğun küçəsində yeni il ərəfəsində dekorativ yeni il yolkasının hazırlandığı və həmin incəsənət nümunəsinin dekabrın 16-da təqdim edildiyi əks olunmuşdur.

Ətrafına xeyli insan toplaşan bu dekorativ yolkanı tullantılardan incəsənət nümunələri yaratmaqla dünyada məşhurlaşan, ABŞ, Şotlandiya, Niderland, Birləşmiş Ərəb Əmirlikləri, Özbəkistan və digər ölkələrdə keçirilən sərgilərdə əl işləri böyük marağa səbəb olan ingilis mütəxəssisləri - Nikolas Bleyk SayersQlendon Maykl Keysi qurmuşlar. Layihədə xeyli sayda könüllüiştirak etmişdir.

Hündürlüyü 7, diametri 4,2 metr olan sənət nümunəsi yeni il ərəfəsində meşə və parklarda əkilmiş şam ağaclarını kəsmədən, ətraf mühitə ziyan vurmadan alternativ yollardan istifadə etməklə süni yolkalar əldə etməyin mümkünlüyünü göstərir.

 

 

 

AzərTAc

Azərbaycan.-2013.- 19 dekabr.- S.7.