Sənətkarın anım gecəsi

 

Xalq artisti, unudulmaz Rəşid Behbudovun xatirəsinə həsr edilmiş anım gecəsi onun adını daşıyan Dövlət Mahnı Teatrında keçirildi.

Mərasimin əvvəli Rəşid Behbudovun ifasında səslənən mahnı ilə dinləyiciləri xəfif xatirə aləminə apardı. Mahnı Teatrının solisti, əməkdar artist Gülyanaq Məmmədova tədbir iştirakçılarını salamlayaraq Rəşid Behbudovun Azərbaycan musiqi mədəniyyətinin inkişafına bağışladığı dəyərli töhfələrdən, milli musiqi sənətinin xarici ölkələrdə təbliğ edilməsindəki xidmətindən danışdı. Sonra Mahnı Teatrının musiqi və rəqs kollektivi maraqlı konsert proqramı ilə çıxış etdi.

Anım gecəsində Milli Məclisin deputatları, mədəniyyət xadimləri, musiqiçilər, Rəşid Behbudovun ailə üzvləri iştirak edirdilər.

 

Azərbaycan.-2013.- 19 dekabr.- S.7.