Müasirləşən,
modernləşən bölgələr AzərTAc-ın
videotəqdimatında Gəzdim Azərbaycanı:
Ordubad
Azərbaycan Dövlət Teleqraf Agentliyinin (AzərTAc)
"Gəzdim Azərbaycanı"
layihəsi çərçivəsində
növbəti videoreportaj
Naxçıvan Muxtar
Respublikasının Ordubad
şəhərinə həsr
edilmişdir.
Reportajda
"Azərbaycanın incisi"
adlandırılan Ordubadın
Naxçıvanın mühüm
şəhərlərindən biri olduğu vurğulanır. Bildirilir ki, muxtar respublikanın ən yüksək zirvəsi
olan Qapıcıq dağı da məhz bu rayonun ərazisində yerləşir.
Süjetdə Ordubadın tarixinin eramızdan əvvəllərə gedib
çıxdığı, bu şəhərin 1977-ci
ildə qoruq elan edildiyi qeyd
olunur. Buradakı eramızdan əvvəl
II-I əsrlərə aid insan
məskənlərinin qalıqları, məscidlər, pir və digər tikililər bu
diyarın qədim tarixindən xəbər verir.
Videoreportajda Gəmiqaya qədim insan məskənindən,
Ordubadın şəhər
memarlığına xas
xüsusiyyətlərindən, məşhur "Qeysəriyyə"
tarixi-memarlıq abidəsindən
bəhs edilir. Həmçinin videoda Ordubad şəbəkəsinin
Naxçıvan memarlığında xüsusi
yer tutduğu, onun Şəki şəbəkəçiliyindən
fərqli xüsusiyyətləri qeyd olunur.
Müəlliflər Ordubadda müasir səhiyyə, mədəniyyət və
təhsil ocaqlarından,
şəhərin yenilənən
infrastrukturundan danışır,
burada ən ucqar kəndlərdə belə müasir məktəblərin tikildiyini
qeyd edirlər.
Azərbaycan.-2013.-15
dekabr.-S.4.