Azərbaycan Prezidenti
İlham Əliyev Qusarda «Şahdağ», «Pik Palas» otellərinin
açılışında və 2013-cü ilin idman
yekunlarına həsr olunan mərasimdə iştirak
etmişdir
Mədəniyyət
və turizm naziri Əbülfəs QARAYEV Azərbaycanın
tarixində ilk dəfə yeni idman-turizm növünün
formalaşmasının dövlət başçısı,
Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin təşəbbüsü
və iradəsi sayəsində mümkün olduğunu
söyləyərək bildirdi:
- Cənab Prezident, düşünürəm ki, bütün sahələrdə - enerji sektorunda, siyasətdə, iqtisadiyyatda, sosial məsələlərdə Sizin apardığınız fəaliyyət nə qədər uğurludursa, həm idman, həm turizm, həm mədəniyyət, - mən bu gün bununla məşğul olduğuma görə onu deyirəm, - sahələrində də Sizin siyasətiniz Azərbaycanın dünya miqyasında tamamilə yeni müstəvidə tanıdılmasında, gücləndirilməsində əsas amildir. Cənab Prezident, bu gün mən xüsusi vurğulamaq istəyirəm ki, bütün Azərbaycan vətəndaşları Sizin fəaliyyətiniz nəticəsində tamamilə yeni bir ölkədə yaşayır. Bu ölkə XXI əsrin ölkəsidir. Ölkəmiz bu səviyyəyə Sizin müdrik siyasətiniz, iradəniz, dünyagörüşünüz, rəhbərliyiniz sayəsində gəlib çatmışdır.
Mən bu gün Sizə, hörmətli Mehriban xanıma Azərbaycan xalqının yaşadığı, yaratdığı və ümid bəslədiyi gələcəyə bütün işlərdə verdiyiniz dəstəyə, göstərdiyiniz köməyə, qayğıya görə təşəkkürümü bildirmək istəyirəm.
Allah Sizi qorusun, Allah Sizə cansağlığı
versin. Çox sağ olun.
Yaxşı ki, Siz varsınız.
Azərbaycan.-2013.- 20 dekabr.- S.3.