Azərbaycan Prezidenti
İlham Əliyev Qusarda «Şahdağ», «Pik Palas» otellərinin
açılışında və 2013-cü ilin idman
yekunlarına həsr olunan mərasimdə iştirak
etmişdir
İdmançılar
adından dövlət başçısına təşəkkür
edən sərbəst güləş üzrə məşqçi
Elçin ZEYNALOV dedi:
- Cənab Prezident! Gəncəlilər Sizi sevirlər.
Oktyabrın 9-da prezident seçkilərində
xalq Sizə öz etimadını göstərdi. Seçkidən sonra Gəncədə böyük bayram əhval-ruhiyyəsi var idi.
Mən ümummilli
liderimiz Heydər Əliyevin bir fikrini xatırlatmaq istəyirəm. Ulu öndər demişdir
ki, Vətənin idman şərəfini qorumaq səngərdə Vətən torpağını
qorumaq kimi şərəfli bir işdir. Mən bu kəlamdan
sonra ona söz verdim ki, ömrümün axırınadək əynimdə
idman paltarı Azərbaycanın idman şərəfini qoruyacağam.
Yaşasın Azərbaycan xalqı!
Yaşasın Prezidentimiz İlham
Əliyev!
Azərbaycan.-2013.- 20 dekabr.- S.3.