Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsi haqqında

 

Azərbaycan Respublikasının Qanunu

 

 

 

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 5-ci bəndini rəhbər tutaraq qərara alır:

 

Maddə 1. Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsinin gəlirləri    18 384 000,0 min manat, xərcləri 20 063 000,0 min manat (o cümlədən, mərkəzləşdirilmiş gəlirləri 17 601 576,0 min manat, yerli gəlirləri 782 424,0 min manat və mərkəzləşdirilmiş xərcləri 18 433 551,0 min manat, yerli xərcləri 1 629 449,0  min  manat) məbləğində təsdiq edilsin.

Maddə 2. Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsinin gəlirləri mədaxil mənbələri üzrə aşağıdakı məbləğlərdə nəzərdə tutulsun:

Maddə 3. Müəyyən edilsin ki, “Avtomobil Yolları” Məqsədli Büdcə Fondu və “Dövlət zəmanəti ilə alınan borcların Təminat Fondu” dövlət büdcəsinin aşağıdakı mədaxil mənbələri hesabına formalaşır:

Maddə 4. Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsinə vergi daxilolmaları Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən olunmuş vergi dərəcələrinə uyğun olaraq hesablanır.

Maddə 5. Azərbaycan Respublikasında istehsal edilən və qiymətləri tənzimlənən məhsulların ixracı zamanı məhsulların kontrakt (satış) qiyməti ilə (ixracla bağlı xərclər çıxılmaqla) ölkədaxili topdansatış qiyməti arasındakı fərqdən dövlət büdcəsinə 30 faiz həcmində yığım tutulur.

Müəyyən edilsin ki, 2014-cü il və növbəti illərdə bu yığım üzrə hesabat dövrü təqvim ayı sayılır. Yığım hesabat dövründən sonrakı ayın 20-dən gec olmayaraq dövlət büdcəsinə ödənilir və yığımı həyata keçirən təşkilatlar tərəfindən müvafiq icra hakimiyyəti orqanına onun müəyyən etdiyi formada hesabat təqdim edilir. Yığımların vaxtında ödənilməməsinə, azaldılmasına, yayındırılmasına və hesabatın müəyyən edilmiş müddətdə təqdim edilməməsinə görə Azərbaycan Respublikasının Vergi Məcəlləsinə uyğun olaraq faizlər hesablanır və ya maliyyə sanksiyası tətbiq edilir.

Maddə 6. Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsinin mərkəzləşdirilmiş gəlirləri aşağıdakı mənbələrdən göstərilən normativlər üzrə ayırmalar hesabına formalaşır:

Maddə 7. Şəhər və rayonların yerli gəlirlərinə aşağıdakılar verilir:

7.1. Bakı şəhəri üzrə (“Avtomobil Yolları” Məqsədli Büdcə Fonduna aid edilənlərdən və dövlət büdcəsinin yerli xərclərindən maliyyələşən büdcə təşkilatlarının ödənişli xidmətlərindən daxilolmalarından başqa) - Bakı şəhəri üzrə gəlirlərin 3,44 faizi;

7.2. Digər şəhər və rayonlar üzrə (“Avtomobil Yolları” Məqsədli Büdcə Fonduna aid edilənlərdən başqa) - müvafiq şəhər və rayonlar üzrə gəlirlərin 100 faizi, habelə şəhər və rayonların ərazilərində fəaliyyət göstərən və mərkəzləşmiş qaydada vergi uçotunda olan vergi ödəyicilərinin hesablanmış vergiləri.

Maddə 8. Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsinin xərcləri funksional təsnifatın bölmə və köməkçi bölmələri səviyyəsində aşağıdakı məqsədlərə yönəldilir:

Maddə 9. Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsinin xərcləri funksional və iqtisadi təsnifatın paraqrafları səviyyəsində bu Qanunun əlavəsində verilmiş məbləğlərdə təsdiq edilsin.

Maddə 10. Azərbaycan Respublikasının şəhər və rayonları üzrə gəlirlər 7.102.000.000,0 manat, o cümlədən şəhər və rayonların yerli gəlirlərinə aid olan məbləğ 779.454.00,0 manat, “Avtomobil Yolları” Məqsədli Büdcə Fonduna aid olan məbləğ 85.000.000,0 manat, yerli xərcləri 1.626.479.000,0 manat olmaqla, yerli gəlir və xərcləri tənzimləmək üçün mərkəzləşdirilmiş xərclərdən ayrılan vəsait 847.025.000,0 manat təsdiq edilsin.

Həmin şəhər və rayonların dövlət büdcəsinin yerli xərclərindən maliyyələşən büdcə təşkilatlarının ödənişli xidmətləri üzrə gəlirləri 2.970.000,0 manat, xərcləri 2.970.000,0 manat təsdiq edilsin.

Maddə 11. Bu Qanunun 10-cu maddəsi ilə Bakı şəhəri üzrə nəzərdə tutulmuş xərclərin tənzimlənməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu Qanunun 6.1-ci və 7.1-ci maddələri ilə müəyyən edilmiş Bakı şəhəri üzrə gəlirlərdən dövlət büdcəsinin mərkəzləşdirilmiş gəlirlərinə və Bakı şəhəri üzrə yerli gəlirlərə ayırma normativlərinin müvafiq olaraq 2 faiz-bənddən çox olmamaqla artırılması və azaldılması yolu ilə həyata keçirilir.

Maddə 12. Azərbaycan Respublikasının 2014-cü ildə dövlət daxili və xarici borcları üzrə ödəniş məbləğləri aşağıdakı kimi təsdiq edilsin:  

Maddə 13. Azərbaycan Respublikasının 2014-cü il üzrə daxili dövlət borclanmasının yuxarı həddi (limiti)  1 200 000,0  min  manat,  xarici  dövlət borclanmasının yuxarı həddi (limiti)  2 000 000,0 min manat təsdiq edilsin.

Maddə 14. Dövlət büdcəsinin icrası prosesində “Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə müvafiq olaraq müdafiə olunan xərc maddələri ilk növbədə, digər xərc maddələri isə dövlət büdcəsinin gəlirləri və kəsirinin maliyyələşmə mənbələri üzrə daxilolmaların vəziyyətindən asılı olaraq maliyyələşdirilir.

Maddə 15. Dövlət büdcəsi  kəsirinin  yuxarı həddi 1 679 000,0  min  manat məbləğində təsdiq edilsin. Onun maliyyələşdirilməsi özəlləşdirmədən və daxili və xarici borclanmadan, o cümlədən xaricdə qiymətli kağızların yerləşdirilməsindən, xarici qrantlar və 2014-cü il 1 yanvar tarixinə dövlət büdcəsinin vahid xəzinə hesabının qalığı hesabına həyata keçirilsin.

Maddə 16. Azərbaycan Respublikasının 2014-cü il icmal büdcəsinin xərclərinin yuxarı həddinin məbləği 24 443 890,2  min manat müəyyən edilsin.

Maddə 17. Azərbaycan Respublikası Dövlət Neft Fondunun gəlirləri nəzərə alınmadan, Azərbaycan Respublikasının 2014-cü il icmal büdcəsinin kəsiri 14 084 994,8 min manat məbləğində müəyyən edilsin.

Maddə 18. Bu Qanun 2014-cü il yanvarın 1-dən qüvvəyə minir.

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 22 noyabr 2013-cü il

Azərbaycan.-2013.- 20 dekabr.- S.4.