“Azərbaycan Respublikasının
2014-cü il dövlət büdcəsi
haqqında” Azərbaycan Respublikası Qanununun
tətbiqi barədə
Azərbaycan
Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər
tutaraq, “Azərbaycan Respublikasının
2014-cü il dövlət büdcəsi
haqqında” Azərbaycan Respublikasının 2013-cü il 22 noyabr tarixli
808-IVQ nömrəli Qanununun qüvvəyə
minməsi ilə əlaqədar həmin Qanunun
tətbiqini təmin etmək məqsədi ilə qərara
alıram:
1. “Azərbaycan
Respublikasının 2014-cü il dövlət büdcəsi
haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsi ilə
nəzərdə tutulan gəlirlərin dövlət büdcəsinə
daxilolmasını təmin etmək üçün dövlət
orqanları və müəssisələri üzrə
tapşırıqların minimum həddi
aşağıdakı kimi müəyyən edilsin:
2.
“Azərbaycan Respublikasının 2014-cü il dövlət
büdcəsi haqqında” Azərbaycan Respublikası Qanununun
8-ci maddəsi ilə nəzərdə tutulan dövlət
büdcəsinin xərcləri dövlət büdcəsindən
maliyyələşən və maliyyə yardımı alan təşkilatlar
və onlar tərəfindən həyata keçiriləcək
tədbirlər üzrə aşağıdakı kimi
bölüşdürülsün:
3. Azərbaycan
Respublikasının Nazirlər Kabineti:
3.1.
“Azərbaycan Respublikasının 2014-cü il dövlət
büdcəsi haqqında” Azərbaycan Respublikasının
Qanunu ilə dövlət büdcəsinin gəlirləri
üzrə təsdiq olunmuş göstəricilərin yerinə
yetirilməsinə nəzarət etsin;
3.2.
bu Fərmanın 2.1.8.1-ci yarımbəndində (Beynəlxalq
maliyyə-kredit və ictimai-siyasi təşkilatlara
üzvlüklə bağlı xərclər), 2.1.8.2-ci
yarımbəndində (Azərbaycan Respublikasının xaricdəki
diplomatik nümayəndəliklərinin və
konsulluqlarının fəaliyyəti ilə bağlı xərclər),
2.1.8.3-cü yarımbəndində (Digər beynəlxalq fəaliyyət),
2.1.12.2-ci yarımbəndində (Yerli büdcələrə
(bələdiyyələrə) verilən dotasiya),
2.10.1.3-cü yarımbəndində (“2008-2015-ci illərdə
Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları
ilə etibarlı təminatına dair Dövlət
Proqramı”nın maliyyələşdirilməsi ilə
bağlı xərclər), 2.14.1.2-ci yarımbəndində
(Dövlət büdcəsinin ehtiyat fondu), 2.14.3.5.2-ci
yarımbəndində (Digər beynəlxalq və respublika səviyyəli
tədbirlərin keçirilməsi ilə bağlı xərclər)
nəzərdə tutulan vəsaitin konkret tədbirlər
üzrə bölgüsünü həyata keçirsin;
3.3.
bu Fərmanın 2.2.5-ci yarımbəndində (Ölkənin
müdafiə potensialının gücləndirilməsi ilə
bağlı xərclər), 2.14.3.8-ci yarımbəndində
(Xüsusi müdafiə təyinatlı layihələr və
tədbirlər üzrə xərclər) və 2.14.3.9-cu
yarımbəndində (Dövlət maddi və material
ehtiyatlarının yaradılması ilə bağlı xərclər)
nəzərdə tutulan vəsaitin bölgüsünü həyata
keçirsin və səmərəli istifadəsi ilə
bağlı zəruri tədbirlər görsün;
3.4.
bu Fərmanın 2.11.2.1-ci yarımbəndində (Dövlət
əsaslı vəsait qoyuluşu (investisiya xərcləri)) nəzərdə
tutulan vəsaitin obyektlər və istiqamətlər üzrə
bölgüsünü həyata keçirsin və bu barədə
Azərbaycan Respublikasının Prezidentinə məlumat
versin;
3.5.
bu Fərmanın 2.13.1.2-ci və 2.13.1.4-cü yarımbəndlərində
nəzərdə tutulmuş vəsaitin istifadə istiqamətləri
üzrə bölgüsünü iki ay müddətində təsdiq
etsin;
3.6.
Dövlət büdcəsindən maliyyələşən təşkilatlar
tərəfindən beynəlxalq və respublika səviyyəli
tədbirlərin keçirilməsi ilə bağlı öhdəliklərin
götürülməsi mexanizminin təkmilləşdirilməsinə
dair təkliflərini iki ay müddətində
hazırlayıb, Azərbaycan Respublikasının Prezidentinə
təqdim etsin.
4. Azərbaycan
Respublikasının Maliyyə Nazirliyi:
4.1.
2014-cü ilin dövlət büdcəsində nəzərdə
tutulan Azərbaycan Respublikası Vergilər Nazirliyinin və Azərbaycan Respublikası Dövlət
Gömrük Komitəsinin xətti ilə daxil olan vergi və
ödənişlərin, habelə Azərbaycan Respublikası
Dövlət Neft Fondundan daxilolmaların aylıq və
rüblük bölgüsünü 15 gün müddətində
həmin orqanlarla və Fondla razılaşdırıb təsdiq
etsin;
4.2.
bu Fərmanın 2.1.4-cü, 2.1.5-ci, 2.1.6-cı, 2.1.9.15-ci,
2.1.9.16-cı, 2.1.9.17-ci,
2.1.9.18-ci, 2.1.10.3-cü,
2.2.6-cı, 2.2.7-ci, 2.2.8-ci, 2.3.5-ci, 2.3.6-cı, 2.3.7-ci, 2.4.8-ci,
2.4.9-cu, 2.4.10-cu, 2.4.11-ci, 2.4.12-ci, 2.5.6-cı, 2.5.7-ci, 2.5.8-ci,
2.5.9-cu, 2.6.3-cü, 2.6.4-cü, 2.6.5-ci, 2.6.6-cı,
2.7.4.8.3-cü, 2.7.5-ci, 2.7.6-cı, 2.7.7-ci, 2.7.8-ci,
2.8.3.4-cü, 2.8.5-ci, 2.8.6-cı, 2.8.7-ci, 2.9.2-ci, 2.10.6-cı,
2.10.7-ci, 2.11.4-cü, 2.12.3-cü, 2.12.4-cü, 2.13.4-cü,
2.14.3.7-ci və 2.14.3.10-cu yarımbəndlərində nəzərdə
tutulan vəsaitin bölgüsünü həyata keçirsin
və maliyyələşdirilməsini
təmin etsin;
4.3.
bu Fərmanın 2.1.8.1-ci yarımbəndində (Beynəlxalq
maliyyə-kredit və ictimai-siyasi təşkilatlara
üzvlüklə bağlı xərclər), 2.1.8.2-ci
yarımbəndində (Azərbaycan Respublikasının xaricdəki
diplomatik nümayəndəliklərinin və
konsulluqlarının fəaliyyəti ilə bağlı xərclər),
2.1.8.3-cü yarımbəndində (Digər beynəlxalq fəaliyyət),
2.1.12.2-ci yarımbəndində (Yerli büdcələrə
(bələdiyyələrə) verilən dotasiya), 2.14.3.5.2-ci
yarımbəndində (Digər beynəlxalq və respublika səviyyəli
tədbirlərin keçirilməsi ilə bağlı xərclər) nəzərdə tutulan vəsaitin
bölgüsü bu Fərmanın 3.2-ci bəndinə
uyğun olaraq həyata keçirildikdən sonra il ərzində
zərurət yarandıqda həmin vəsaitin daha çevik
idarə edilməsi məqsədilə “Büdcə sistemi
haqqında” Azərbaycan Respublikası Qanununun 18.4-cü maddəsinə
uyğun olaraq müvafiq tədbirlər görsün;
4.4.
“Azərbaycan Respublikasının 2014-cü il dövlət
büdcəsi haqqında” Azərbaycan Respublikası Qanununun
11-ci, 13-cü, 14-cü və 15-ci maddələrindən irəli
gələn vəzifələrin yerinə yetirilməsini,
habelə bu Fərmanın 2.1.11-ci yarımbəndində
(Dövlət borcuna və öhdəliklərinə xidmət
edilməsi ilə bağlı xərclər) nəzərdə
tutulan xərclərin bölgüsünü və maliyyələşdirilməsini
təmin etsin;
4.5.
bu Fərmanın 2.1.7-ci, 2.1.9.19-cu, 2.2.9-cu, 2.3.8-ci,
2.4.13-cü, 2.5.10-cu, 2.7.9-cu, 2.10.8-ci, 2.14.3.6-cı yarımbəndlərində
nəzərdə tutulan vəsaitin (dövlət büdcəsindən
maliyyələşən təşkilatların büdcədənkənar
xərcləri) aidiyyəti təşkilatlar üzrə
bölgüsünü üç ay müddətində həyata
keçirsin;
4.6.
2014-cü il və növbəti illərdə
“İstehlakçıların hüquqlarının müdafiəsi
haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinin
birinci hissəsində nəzərdə tutulmuş dərman
vasitələri, dini təyinatlı ədəbiyyat
(kağız və elektron daşıyıcılarında),
audio və video materiallar, mal və məmulatlar və dini məzmunlu
başqa məlumat materialları üçün nəzarət
markalarının Azərbaycan Respublikası Səhiyyə
Nazirliyinin və Azərbaycan Respublikası Dini Qurumlarla
İş üzrə Dövlət Komitəsinin sifarişi əsasında
hazırlanmasını və həmin orqanlara verilməsini təmin
etsin;
4.7.
xarici və yerli valyuta nominallı dövlət
istiqrazlarının məbləğini, dövriyyədə
olma müddətini və digər parametrlərini müəyyən
edərək onların emissiyası, daxili və beynəlxalq
maliyyə bazarında yerləşdirilməsi
üçün tədbirlər görsün.
5. Azərbaycan
Respublikasının Xarici İşlər Nazirliyi, bu Fərmanın
2.14.3.5.1-ci yarımbəndində (Azərbaycan
Respublikasının xaricdəki diplomatik nümayəndəliklərinin
və konsulluqlarının fəaliyyəti ilə
bağlı digər xərclər) nəzərdə tutulan vəsaitin
bölgüsünü bir ay müddətində həyata
keçirsin.
6. Azərbaycan
Respublikasının Gənclər və İdman Nazirliyinə
tapşırılsın ki, bu Fərmanın 2.11.2.2-ci
yarımbəndində (Bakı şəhərində I Avropa
Oyunlarının keçirilməsi üçün idman
infrastrukturlarının yaradılması, hazırlıq və
digər təşkilati işlərlə bağlı xərclər)
nəzərdə tutulan vəsaitin Azərbaycan
Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyi və
Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə
razılaşdırmaqla bölgüsünü həyata
keçirsin və maliyyələşdirilməsini təmin
etsin.
7. Azərbaycan
Respublikasının Mədəniyyət və Turizm Nazirliyi,
bu Fərmanın 2.7.4.8.1-ci yarımbəndində
(Qeyri-dövlət təşkilatlarına verilən maliyyə
yardımı) mərkəzləşdirilmlş xərclərdə
nəzərdə tutulan vəsaitin Azərbaycan
Respublikasının Maliyyə Nazirliyi ilə
razılaşdırmaqla aidiyyəti təşkilatlar
arasında bölgüsünü həyata keçirsin və maliyyələşdirilməsini təmin
etsin.
8. Azərbaycan
Respublikasının Ekologiya və Təbii Sərvətlər
Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Torpaq və
Xəritəçəkmə Komitəsi, Azərbaycan
Respublikasının Dövlət Şəhərsalma və
Arxitektura Komitəsi və Azərbaycan Respublikası Ərazilərinin
Minalardan Təmizlənməsi üzrə Milli Agentliyi,
dövlət büdcəsinin vəsaiti hesabına maliyyələşdirilən
geoloji-kəşfiyyat, torpaq islahatı, xəritəçəkmə,
şəhərsalma və ərazilərin minalardan təmizlənməsi
işlərinin dövlət sifarişi kimi təsdiq
olunması üçün təkliflərini iki ay müddətində
hazırlayıb, Azərbaycan
Respublikasının Nazirlər Kabinetinə təqdim etsinlər.
9. Azərbaycan
Respublikasının Vergilər Nazirliyi, ölkənin rayon və
şəhərləri üzrə müəyyən
olunmuş vergi daxilolmalarının aylıq proqnozunun icrasının təmin edilməsi
üçün tədbirlər görsün və
görülmüş işlər barədə hər
rübdən sonrakı ayın 20-dək Azərbaycan
Respublikasının Nazirlər Kabinetinə məlumat təqdim
etsin.
10.
Müəyyən edilsin ki, “Azərbaycan Respublikasının
2014-cü il dövlət büdcəsi haqqında” Azərbaycan
Respublikası Qanununun 5-ci maddəsinin ikinci hissəsinin ikinci
cümləsində nəzərdə tutulan “müvafiq icra
hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan
Respublikasının Vergilər Nazirliyi, 11-ci maddəsində nəzərdə
tutulan “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini
Azərbaycan Respublikasının Maliyyə Nazirliyi həyata
keçirir.
11.
“Azərbaycan Respublikasının 2013-cü il dövlət
büdcəsi haqqında” Azərbaycan
Respublikası Qanununun tətbiqi barədə” Azərbaycan
Respublikası Prezidentinin 2012-ci il 13 dekabr tarixli 760 nömrəli
Fərmanının (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2012, N 12, maddə 1234) 10.1.-ci bəndində
“, Maliyyə Nazirliyi” sözlərindən sonra “Azərbaycan
Respublikasının Əmək və Əhalinin Sosial
Müdafiəsi Nazirliyi,” sözləri əlavə edilsin.
12.
Bu Fərman 2014-cü il yanvarın 1-dən qüvvəyə
minir.
İlham ƏLIYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri, 19 dekabr
2013-cü il
Azərbaycan $g 2013.- 20 dekabr.- S.5-7.