Azərbaycan Respublikasında 2014-cü

 il üçün yaşayış minimumu haqqında

 

Azərbaycan Respublikasının Qanunu

 

 

Azərbaycan Respublikası Konstitusiyasının  94-cü maddəsinin I hissəsinin 16-cı  bəndini rəhbər tutaraq, Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

Maddə 1. Əhalinin əsas sosial-demoqrafik qrupları üzrə yaşayış minimumunun məbləği

 2014-cü il üçün yaşayış minimumu ölkə üzrə 125 manat, əmək qabiliyyətli əhali üçün 136 manat, pensiyaçılar üçün 103 manat, uşaqlar üçün 103 manat məbləğində müəyyən edilsin.

Maddə 2. Qanunun qüvvəyə minməsi

Bu qanun 2014-cü il yanvarın 1-dən qüvvəyə minir.

 

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 22 noyabr 2013-cü il

Azərbaycan.-2013.- 20 dekabr.- S.8.