Azərbaycan Respublikası Dövlət Neft

 Fondunun 2014-cü il büdcəsi haqqında

 

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

 

 

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2014-cü il büdcəsini formalaşdırmaq və Fondun valyuta vəsaitinin səmərəli idarə edilməsini təmin etmək məqsədilə qərara alıram:

1. Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2014-cü il büdcəsinin gəlirləri 11 626 943,4 min manat, xərcləri isə 11 349 934,8 min manat məbləğində təsdiq edilsin.

2. Müəyyən edilsin ki, Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2014–cü il büdcəsinin gəlirləri aşağıdakı daxilolmalar hesabına formalaşır:

   3.  Müəyyən edilsin ki, Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2014-cü il büdcəsinin xərcləri aşağıdakı məqsədlərə yönəldilir:

      4. “Azərbaycan Respublikası Dövlət Neft Fondunun vəsaitinin 2014-cü ildə istifadəsinin əsas istiqamətləri (proqramı)” təsdiq edilsin (əlavə olunur).

  5. “Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2014-cü ildə idarə edilməsi ilə bağlı xərclər smetası” təsdiq edilsin (əlavə olunur).

 

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 19 dekabr 2013-cü il

Azərbaycan.-2013.- 20 dekabr.- S.9.