Azərbaycan Respublikası Dövlət Neft Fondunun vəsaitinin
2014-cü ildə
istifadəsinin əsas istiqamətləri (proqramı)
Azərbaycan
Respublikası Prezidentinin 2013-cü il
19 dekabr tarixli Fərmanı ilə
təsdiq edilmişdir
1. Azərbaycan Respublikası Dövlət Neft Fondunun vəsaitinin xərc istiqamətləri
1.1. Qaçqınların və məcburi köçkünlərin sosial-məişət və məskunlaşma məsələləri ilə bağlı bəzi tədbirlərin maliyyələşdirilməsi;
1.2. Dövlət büdcəsinə transfert;
1.3. Samur-Abşeron suvarma sisteminin yenidən qurulması layihəsinin maliyyələşdirilməsi;
1.4. Bakı-Tbilisi-Qars yeni dəmir yolu layihəsinin maliyyələşdirilməsi;
1.5. 2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramının maliyyələşdirilməsi;
1.6. Azərbaycan Respublikasının bütün yaşayış məntəqələrinə çıxış imkanı yaradan yüksək sürətli fiber-optik şəbəkənin qurulması layihəsinin maliyyələşdirilməsi;
1.7. Neft-Qaz və Neft-kimya Kompleksinin tikintisi layihəsində Azərbaycan Respublikasının iştirak payının maliyyələşdirilməsi;
1.8. Türkiyə Respublikasında "Star" neft emalı kompleksinin tikintisi layihəsində Azərbaycan Respublikasının iştirak payının maliyyələşdirilməsi;
1.9. TANAP layihəsində Azərbaycan Respublikasının iştirak payının maliyyələşdirilməsi.
2. Azərbaycan Respublikası Dövlət Neft Fondunun İnvestisiya siyasəti
2.1. Azərbaycan Respublikası Dövlət Neft Fondunun investisiya siyasətinin məqsədi
2014-cü ildə Neft Fondu əsas kapitalın itirilməsi riskinin aşağı olması şərti ilə maksimum gəlirliliyin əldə edilməsinə imkan verən investisiya siyasətini həyata keçirəcəkdir.
2.2. Azərbaycan Respublikası
Dövlət Neft Fondunun investisiya portfeli
2.2.1. İnvestisiya portfelinin proqnozlaşdırılan həcmi
2014-cü
il üzrə
Neft Fondunun investisiya portfelinin proqnozlaşdırılan məcmu
dəyəri (orta çəkili həcmi) 27
milyard manata bərabər götürülür.
İnvestisiya portfelinin məcmu
dəyəri Neft Fondunun büdcəsində
təsdiq edilmiş xərclərin aparılması
üçün konvertasiya
edilərək manat hesablarına köçürülmüş
vəsait çıxıldıqdan
sonra qalan xarici valyutada ifadə olunan aktivlərin aylıq olaraq yenidən qiymətləndirilməsi əsasında
müəyyən edilir.
2.2.2. İnvestisiya portfelinin valyuta tərkibi
Neft Fondunun investisiya portfelinin baza valyutası ABŞ dolları müəyyən
edilir. Neft Fondunun investisiya portfelinin məcmu dəyərinin:
- 50 faizi ABŞ dollarında ifadə olunan aktivlərə;
- 35 faizi AVRO-da ifadə
olunan aktivlərə;
- 5 faizi İngiltərə funt sterlinqində ifadə olunan aktivlərə;
- qalan 10 faizi isə Azərbaycan Respublikası Prezidentinin
2001-ci il 19 iyun tarixli 511 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası
Dövlət Neft Fondunun valyuta vəsaitinin saxlanması, yerləşdirilməsi və
idarə edilməsi haqqında Qaydalar"ın
2.2.1-ci yarımbəndində nəzərdə tutulmuş
valyutalarda ifadə olunan aktivlərə yerləşdirilə bilər.
2.2.3. İnvestisiya portfelinin alt portfelləri
Neft Fondunun investisiya portfeli aşağıdakı alt portfellərdən (bundan sonra "portfel") ibarətdir:
- borc öhdəlikləri
və pul bazarları alətləri
portfeli - investisiya portfelinin məcmu dəyərinin minimum 80 faizi;
- səhm (pay) portfeli - investisiya portfelinin məcmu dəyərinin maksimum
10 faizi;
- daşınmaz əmlak portfeli - investisiya portfelinin məcmu dəyərinin maksimum 5 faizi;
- qızıl portfeli - investisiya portfelinin məcmu dəyərinin maksimum 5 faizi.
2.2.4. İnvestisiya portfelinin hədəf gəlirliliyi
2.2.4.1. Neft Fondunun
borc öhdəlikləri
və pul bazarları alətləri
portfelinin idarə edilməsinin hədəf gəlirliliyi (bençmark)
kimi Britaniya Bankirlər Assosiasiyası
tərəfindən müvafiq
valyuta (AVRO istisna olmaqla) üzrə dərc edilmiş 3 (üç) aylıq LIBOR faiz dərəcəsi götürülür.
2.2.4.2. Neft Fondunun borc
öhdəlikləri və
pul bazarları alətləri portfelinin
AVRO-da ifadə olunan aktivlərinin idarə edilməsində hədəf gəlirliliyi (bençmark) kimi 3 (üç) aylıq
EURİBOR faiz dərəcəsi
götürülür.
2.2.4.3.
LİBOR dərəcəsi mövcud olmayan valyutalar üzrə hədəf gəlirliyi kimi maliyyə bazarında banklar arasında 3 aylıq kreditlər üzrə ən geniş yayılmış faiz dərəcələri istifadə
edilə bilər.
2.2.4.4. Səhm (pay) portfelinin hədəf gəlirliliyi
(bençmark) kimi MSCI
World İndex-i götürülür.
2.3. Risklərin idarə olunması üzrə tələblər
2.3.1. Faiz dərəcəsi riski
Neft Fondunun borc öhdəlikləri portfelinin faktiki ortaçəkili investisiya
müddəti (durasiyası)
dünya bazarlarındakı
cari vəziyyətdən
asılı olaraq Fond
tərəfindən müəyyən
edilir və 48 ayı üstələməməlidir.
2.3.2. Kredit riski
Neft Fondunun valyuta vəsaitinin yerləşdirildiyi
investisiya aktivlərinin
kredit reytinqi Azərbaycan Respublikası
Prezidentinin 2001-ci il 19
iyul tarixli 511 nömrəli Fərmanı
ilə təsdiq edilmiş "Azərbaycan
Respublikası Dövlət
Neft Fondunun valyuta vəsaitinin saxlanması, yerləşdirilməsi
və idarə edilməsi haqqında Qaydalar"a uyğun olmalıdır. Bir maliyyə qurumunun
(depozitar banklar istisna olmaqla) və ya bir
investisiya aktivinin investisiya portfelindəki maksimal xüsusi çəkisi investisiya portfelinin məcmu dəyərinin 15 faizi həddində müəyyən
edilir.
2.3.3. Likvidlik üzrə tələblər
Neft Fondunun vəsaitinin likvidlik dərəcəsi Fondun büdcə xərcləri
üzrə planlaşdırılan
pul və digər köçürmələrinin
tam və vaxtında yerinə yetirilməsini təmin etmək üçün yetərli
səviyyədə olmalıdır. Bu səviyyəni
təmin etmək məqsədilə Neft Fondunun vəsaitinin 100 milyon ABŞ dollarından az olmayan
hissəsi yüksək
likvidliyə malik qısa müddətli pul bazarları alətlərində saxlanmalıdır.
Bu vəsaitin göstərilən
məbləğdən az olması halı 7 iş günündən çox
davam etməməlidir.
2.3.4. Xarici menecerlər üzrə tələblər
2.3.4.1. Xarici
menecerlərə idarəetməyə
verilən vəsaitin ümumi həcmi investisiya portfelinin məcmu dəyərinin 60
faizindən, bir xarici menecerə idarəetməyə verilən
vəsaitin maksimum həcmi investisiya portfelinin məcmu dəyərinin 5 faizindən
artıq olmamalıdır.
Neft Fondunun RAMP proqramı çərçivəsində Dünya Bankının xəzinədarlığına idarəetməyə verilən
vəsaitlərinin həcmi
500 milyon ABŞ dollarından
artıq olmamalıdır.
2.3.4.2. Neft Fondunun vəsaitinin
idarə edilməsinə cəlb edilən xarici
menecerlərin səlahiyyətləri və idarəetməyə
verilmə müddəti Neft Fondu ilə bu menecerlər
arasında bağlanan sazişdə əks
etdirilməlidir.
Azərbaycan.-2013.- 20 dekabr.- S.9.