«San-Remo festivalının
ulduzları Bakıda»
adlı möhtəşəm
konsert
Azərbaycanın birinci xanımı
Mehriban Əliyeva konsertdə olmuşdur
Dekabrın 18-də "Baku Crystal Hall"da İtaliya estradasının
ötən əsrin
80-ci illərinin əfsanəvi
ifaçıları "San-Remo festivalının ulduzları
Bakıda" adlı
maraqlı konsert proqramı ilə çıxış etmişlər.
Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva konsertdə olmuşdur.
Heydər
Əliyev Fondunun dəstəyi ilə keçirilən konsertdə
XX əsrin 80-ci illərində
San-Remo şəhərində keçirilən İtaliya
mahnıları festivalının
milyonların qəlbini
fəth etmiş əfsanəvi ulduzları
- Al Bano, Toto Kutunyo, Pupo, Rikkardo Foli, Toni Espozito, Umberto Totsi, Mariya Fiordalizo,
İvan Spaqn, eləcə də məşhur "Rikki e Poveri", "Matia Bazar" qrupları unudulmaz mahnılarını
ifa etmişlər.
Konsertin aparıcıları İtaliyanın
dünya şöhrətli
aktrisası Ornella Muti və Tural
Əsədov idi.
Bakıda yenidən olmağından
məmnunluğunu bildirən
Ornella Muti şəhərimizin daha da gözəlləşdiyini
bildirmişdir. O, San-Remo festivalı
ulduzlarının bu konsertinin paytaxt Bakının mədəni
həyatında mühüm
hadisə olduğunu vurğulamışdır.
Anşlaqla keçən konsertdə İtaliya meqastarlarının
ifa etdiyi mahnılar tamaşaçılar
tərəfindən alqışlarla
qarşılanmışdır.
İtaliyalı müğənnilər gözəl
Bakı şəhərində
belə möhtəşəm
konsert verməkdən
şad olduqlarını
bildirmiş, Azərbaycan
xalqının qonaqpərvərliyini
yüksək qiymətləndirdiklərini
qeyd etmişlər.
Əfsanəvi Toto Kutunyonun xalq mahnısı "Sarı
gəlin"i Azərbaycan
dilində ifa etməsi tamaşaçıların
sürəkli alqışlarına
səbəb olmuşdur.
AzərTAc
Azərbaycan.-2013.- 20 dekabr.- S.11.