Qətərin milli
bayramı şərəfinə
Dekabrın 19-da Qətərin Azərbaycandakı səfirliyi ölkəsinin milli bayramı münasibətilə rəsmi qəbul təşkil etmişdir.
AzərTAc xəbər verir ki, səfir şeyx Mübarək bin Fəhd Casim Al Tani ötən müddətdə ölkəsinin keçdiyi inkişaf yolundan danışmışdır. Bildirmişdir ki, Qətər dövləti siyasi, iqtisadi, mədəni sahələrdə mühüm dəyişikliklər dövrünü yaşayır.
Səfir Azərbaycan ilə Qətər arasında əlaqələrin uğurla inkişaf etməsindən məmnunluğunu bildirmişdir. Qeyd etmişdir ki, Azərbaycan Prezidenti İlham Əliyevin və Qətər Dövlətinin Əmiri Şeyx Həməd bin Xəlifə Al Taninin dostluq münasibətləri ölkələrimiz arasında əlaqələrin daha da inkişafına şərait yaradır. O, əmin olduğunu bildirmişdir ki, Azərbaycan ilə Qətər arasında iqtisadiyyat, mədəniyyət, təhsil və digər sahələrdə əlaqələr gələcəkdə daha da inkişaf edəcəkdir. Diplomat qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə xalqımızı təbrik etmişdir.
Rabitə
və informasiya texnologiyaları naziri Əli Abbasov əlamətdar
gün münasibətilə Qətər xalqını
Prezident İlham Əliyevin adından təbrik etmiş,
dövlət başçısının salamlarını və
xoş arzularını çatdırmışdır. Nazir bildirmişdir ki, Prezident İlham
Əliyevin Qətərə, Əmir Şeyx
Həməd bin Xəlifə Al Taninin Azərbaycana səfərləri
ölkələrimiz arasında əsası ümummilli
lider Heydər Əliyev tərəfindən
qoyulmuş dostluq
münasibətlərinin daha sürətlə
inkişafına səbəb olmuşdur.
Azərbaycan-Qətər əlaqələrinin bir
çox sahələrdə uğurla inkişaf etdiyini vurğulayan nazir hər iki ölkənin
mövqelərinin beynəlxalq təşkilatlarda
üst-üstə düşdüyünü
söyləmişdir.
Əli
Abbasov əmin olduğunu bildirmişdir ki, ölkələrimiz
arasında dostluq münasibətləri getdikcə daha da
möhkəmlənəcək və dərinləşəcəkdir.
Rəsmi
qəbulda Azərbaycanın dövlət və hökumət
rəsmiləri, Milli Məclisin deputatları, xarici ölkələrin
Bakıdakı səfirləri, ictimaiyyətin nümayəndələri
iştirak etmişlər.
AzərTAc
Azərbaycan.-2013.- 20 dekabr.- S.11.