Əsrin zəfər müqaviləsi

 

Dekabrın 17-də Bakıda, Heydər Əliyev Mərkəzində "Şahdəniz-2" üzrə yekun investisiya qərarının imzalanması əsas müzakirə mövzusudur. Hətta dünya mətbuatı bu müqaviləni 2013-cü ilin ən mühüm hadisəsi adlandırır. Qeyd edilir ki, bu layihə, ilk növbədə, Azərbaycanın regionda lider ölkə mövqeyini möhkəmlədəcək, müstəqilliyinin və suverenliyinin davam etməsinə təkan verəcək. Xəzərin mavi yanacağının beynəlxalq bazara çıxması regionun enerji təchizatında böyük rol oynayacaq.

Ölkəmizdə isə bu layihənin gerçəkləşməsini Prezident İlham Əliyevin həyata keçirdiyi neft-qaz strategiyasının ən böyük uğuru kimi qiymətləndirirlər.

Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin sədr müavini Aydın Mirzəzadə hesab edir ki, "Şahdəniz-2" üzrə yekun investisiya qərarının imzalanması müasir dövrün tarixi hadisəsidir: "Prezident İlham Əliyev çıxışında bildirdiyi kimi, "Şahdəniz-2" dünyanın ən iri enerji layihələrindən biridir. Bu layihə enerji təhlükəsizliyi və enerjinin şaxələndirilməsi layihəsidir. "Şahdəniz-2" layihəsi Azərbaycan və Gürcüstan ərazisi boyunca Cənubi Qafqaz boru kəmərinin genişləndirilməsinə xidmət etməklə Trans-AnadoluTrans-Adriatik qaz boru kəmərlərinin tikintisi ilə bağlı planların reallaşmasına təkan verəcək, Avropaya yeni qaz dəhlizi açacaqdır".

Onun sözlərinə görə, Avropa Birliyi ölkələrində təbii qaza olan tələbat ildən-ilə artmaqdadır. Artıq 2020-ci ilə təbii qaza olan tələbat ildə 500 milyard kubmetrə çatacaqdır. Bu, həm artan sənaye potensialının, həm də elektrik enerjisi istehsalına, məişət təlabatının ödənilməsi üçün lazımdır. Birliyin həmin dövrə təbii qaz istehsalı isə cəmi 135 milyard kubmetr nəzərdə tutulur. Ona görə də Avropa xaricdən qaz importunu gücləndirməlidir ki, indiki layihə də o strateji hədəfin yerinə yetirilməsinə yönəldilibdir. Aydın Mirzəzadənin dediyinə görə, Azərbaycanın təbii qaz ehtiyatları 3 trilyon kubmetr hesablanır ki, onun da əhəmiyyətli hissəsi nəzərdə tutulan Trans-Adriatik Borukəməri (TAP) vasitəsilə Avropaya ötürüləcəkdir. İlkin dövrdə boru vasitəsilə ildə 10 milyard kubmetr qaz ötürüləcəkdir, sonradan bu rəqəm iki dəfə artırılacaqdır. "Şahdəniz-2" layihəsinin işə düşməsi nəticəsində Avropanın 12 ölkəsi təbii qazla təmin ediləcəkdir. Layihə çərçivəsində 26 sualtı quyunun qazılması, həmçinin körpü ilə birləşdiriləcək iki platformanın tikintisi, Səngəçalda isə yeni texniki emalkompressor qurğularının inşası nəzərdə tutulur. 3500 kilometr məsafədə nəql olunacaq qaz Gürcüstan, Türkiyə, Yunanıstan, Bolqarıstan, İtaliya və digər ölkələrdə milyonlarla istehlakçını təmin edəcəkdir. İlk qazın Avropaya 2019-cu ildə çatdırılması planlaşdırılır. Bu layihə eyni zamanda Azərbaycanın uzunmüddətli iqtisadi inkişafını təmin edəcəkdir. İmzalanan sazişlər BP və ARDNŞ arasında əməkdaşlığın 40 ildən çox müddətə davam edəcəyinə imkan verəcəkdir.

Milli Məclisin deputatı deyir ki, sazişin imzalanma mərasimində Prezident İlham Əliyevin bildirdiyi kimi, Azərbaycanın enerji siyasəti iqtisadiyyatımızın transformasiyasına və şaxələndirilməsinə imkan yaratmışdır. Biz müstəqilliyimizi bərpa etdiyimiz dövrdə özəl sektordakı ümumi daxili məhsul sıfır faizə bərabər idi. Bu gün isə özəl sektor iqtisadiyyatımızın 85 faizini təşkil edir. "Şahdəniz-2" layihəsinin imzalanma mərasimində çıxış edən Böyük BritaniyaŞimali İrlandiya Birləşmiş Krallığının xarici işlər naziri Uilyam Heyq bildirmişdir ki, "Cənub" dəhlizinin işlənilməsi 2 min mil uzunluğunda marşrut boyu dövlətlərə mənfəət gətirəcək və tikinti mərhələsində 30 mindən artıq yeni yeri açılacaqdır: "Mən fərəhlənirəm ki, BP başda olmaqla, Britaniya şirkətləri layihəyə öz töhfəsini vermişdirbu bundan sonra da davam edəcəkdir. Məhz bu səbəbdən bu qərar istər neftqaz, istərsə də digər sahələr üzrə Azərbaycan-Böyük Britaniya əlaqələrinin möhkəmləndirilməsinə xidmət edəcəkdir".

"Şahdəniz-2" layihəsinin imzalanması Azərbaycan üçün siyasi, iqtisadi və mənəvi əhəmiyyət daşıyır". Bu fikri isə Milli Məclisin deputatı Məlahət İbrahimqızı söyləyib. Onun sözlərinə görə, XX əsrin ən böyük müqaviləsi olan "Əsrin müqaviləsi" irimiqyaslı layihədir: "Böyük layihələr üçün "Əsrin müqaviləsi" ilk atılan addım idi. "Şahdəniz-2" layihəsinin imzalanması "Əsrin müqaviləsi"nin zirvə nöqtəsidir. Bu layihə Azərbaycanı Avropaya bir daha bağladı. "Şahdəniz-2" layihəsi ulu öndər Heydər Əliyevin siyasi kursunun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin göstəricilərindən biridir. "Əsrin müqaviləsi" XX əsr üçün nə qədər əhəmiyyətli idisə, bu layihə də XXI əsr üçün o qədər vacib və əhəmiyyətli bir layihədir. "Şahdəniz-2" Azərbaycanın nəinki regionda, eyni zamanda, Avropa ölkələri arasında əhəmiyyətini artırdı".

Hazırda dünyada olan enerji ideologiyasının böyük əhəmiyyət kəsb etdiyini deyən deputat bildirib ki, bu ideologiya ətrafında dünya dövlətləri öz əlaqələrini qurub, münasibətlərini tənzimləyiblər: "Çünki dünyada artıq enerji ideologiyası təməl prinsip və əsas faktor sayılır. Elə məhz "Şahdəniz-2" də bu kimi layihələrdən biri olduğundan Azərbaycanın Avropa məkanında əhəmiyyətini artıracaq. Layihənin imzalanması minlərlə yerinin açılması deməkdir. Bütövlükdə bu layihəyə yatırılan investisiyalar Azərbaycan iqtisadiyyatının inkişafına öz töhfəsini verəcək. "Şahdəniz-2" təkcə qaz sektorunda deyil, eyni zamanda, bu sektora xidmət göstərən digər sahələrin də inkişafı üçün zəmin yaradacaq".

 

 

 

Rəşad BAXŞƏLİYEV,

Azərbaycan.-2013.- 20 dekabr.- S.13.