Vergilər naziri Sumqayıt şəhərində vətəndaşları qəbul etmişdir

 

Azərbaycan Prezidenti İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri bölgələrdə vətəndaşların qəbulunu davam etdirir, onların qarşılaşdıqları problemlərin həllinə köməklik göstərirlər.

AzərTAc xəbər verir ki, vergilər naziri Fazil Məmmədov vətəndaşların növbəti qəbulunu dekabrın 20-də Sumqayıtda keçirmişdir.

Qəbulda Sumqayıt şəhərindən, həmçinin Abşeron, Qubadlı, Zəngilan və Şuşa rayonlarından olan vətəndaşlar iştirak etmişlər.

Qəbulda 50-dək vətəndaş nazirə vergilərin hesablanması, ödənilməsi, nəzarət-kassa aparatının tətbiqi, vergi borcları, vergi nəzarəti tədbirləri sahəsində sahibkarların qarşılaşdıqları problemlər, vergi ödəyicilərinə göstərilən  xidmətlər, kiçik sahibkarlığa güzəştli kreditlərin verilməsi, vergi orqanlarına işə qəbul və digər məsələlərlə bağlı müraciət etmişdir.

Qaldırılan problemlərin əksəriyyəti yerindəcə həll olunmuş, digərləri nəzarətə götürülmüş, bir sıra məsələlərin araşdırılması və lazımi tədbirlər görülməsi ilə bağlı müvafiq tapşırıqlar verilmişdir.

Qəbula gələn vətəndaşlar onlar üçün yaradılmış imkandan razı qaldıqlarını bildirmişlər.

 

Azərbaycan.-2013.- 21 dekabr.- S.6.