«Şahdəniz» niyə TAP-ı seçdi
Bu seçim 8 əsas
şərtə əsaslanır
1996-cı ildən, yəni "Şahdəniz" qaz-kondensat yatağının kəşfiyyatı, işlənməsi və Hasilatın Pay Bölgüsü Sazişi imzalanandan üzübəri layihə müvəffəqiyyətlə irəliləyir. Başa çatmaqda olan 2013-cü il isə "Şahdəniz"in salnaməsinə daha uğurlu, şanlı səhifələr yazdı. İlin ortalarında "Şahdəniz" konsorsiumu çoxdan götür-qoy etdiyi, öyrəndiyi, ətrafında danışıqlar apardığı bir məsələni başa çatdırdı. Yatağın işlənməsinin ikinci mərhələsi çərçivəsində çıxarılacaq qazın Avropa bazarlarına hansı kəmərlə çatdırılacağını elan etdi.
Prezident İlham Əliyev TAP-ı belə səciyyələndirir: "Enerji siyasətində çox önəmli hadisələr baş vermişdir. Bu il Trans-Adriatik qaz kəməri layihəsinə start verilmişdir. Bu layihənin icrası tarixi məsələ olacaqdır. Keçən il Türkiyə ilə Azərbaycan arasında TANAP layihəsinin imzalanması bu imkanları yaratdı və bütün qapılar açıldı. Bu gün Azərbaycanın təbii resurslarının Avropa və dünya bazarlarına çıxarılması üçün yeni imkanlar yaranır. Trans-Adriatik Boru Kəməri - TAP hesab edirəm ki, tarixi layihə olacaqdır və Azərbaycana imkan verəcəkdir ki, onilliklər bundan sonra da öz təbii resurslarını əmniyyətli yollarla dünya və Avropa bazarlarına çıxarsın".
Azərbaycan qazını Avropaya nəql etməkdə 4 kəmər iddialı idi. Belə ki, 2011-ci ildə Avropa şirkətlərindən ibarət 4 konsorsium bu niyyətdə olduğunu bildirmişdi. Hər biri də öz imkanlarını və şərtlərini təqdim etmişdi.
Bunlardan biri İTGİ layihəsi idi ki, onun da təşəbbüsünü Yunanıstanın DEPA, İtaliyanın "Edison" və Türkiyənin BOTAŞ şirkətləri irəli sürmüşdülər. Bu kəmər Azərbaycan qazını Türkiyə-Yunanıstan-İtaliya marşrutu ilə aparmaq, sonra da Bolqarıstana, Rumıniyaya, Serbiyaya yol açmaq niyyətində olduğunu bildirmişdi.
Təqdim
olunan variantlardan biri də TAP - Trans-Adriatik Boru Kəməri
idi. TAP başlanğıcını
Türkiyə-Yunanıstan sərhədindən
götürməyi, Albaniyadan
və Adriatik dənizindən keçərək
İtaliyaya çatmağı,
getdikcə öz gücünü artırmağı planlaşdırmışdı.
Əsas bazar kimi isə
İtaliyanı seçmişdi.
"Şahdəniz" qazını ixrac etmək uğrunda SEEP də mübarizə aparırdı. SEEP Cənub-Şərqi
Avropa Boru Kəməri deməkdir. Bu kəmər Türkiyəyə,
Bolqarıstana, Rumıniyaya,
Macarıstana, Serbiya və Xorvatiyaya qazı mövcud olan boru xətləri
ilə daşımağı
nəzərdə tuturdu.
"Nabukko" da
Azərbaycan qazını
Avropaya daşımaqda
israrlı idi. Bu layihədə Avstriyanın
OMV, Macarıstanın MOL, Bolqarıstanın
"Bulgargaz", Türkiyənin
BOTAŞ və Almaniyanın
RWE şirkətləri konsorsium
yaratmışdılar. "Nabukko"nun niyyəti qazı Azərbaycan, Gürcüstan
və Türkiyədən
sonra Bolqarıstan, Macarıstan, Rumıniya marşrutu ilə aparmaq və Avstriyanın Baumqarten məntəqəsinə qədər
çatdırmaq idi.
Azərbaycan qazını Avropaya aparacaq kəmərin seçimi bir neçə mərhələdə,
yüksək tələb
və şərtlərlə,
necə deyərlər,
"yüz ölçüb,
bir biçmək"
meyarı ilə aparılırdı. Son mərhələdə
"Şahdəniz" konsorsiumu
iki kəmərdən
birini seçməli idi. Beləliklə,
"Şahdəniz" qazını
hansı kəmər daşıyacaqdı: "Nabukko",
yoxsa TAP? Qalib gələn TAP oldu.
Başqa sözlə, TAP intensiv qiymətləndirmə prosesi
nəticəsində seçildi. Bu qiymətləndirmə zamanı
"Şahdəniz" konsorsiumu
əvvəlcədən elan
edilmiş seçim meyarlarını rəhbər
tutdu. Alternativ ixrac marşrutlarına
həmin meyarlar əsasında qiymət verildi. Beləliklə, Trans-Adriatik Qaz
Boru Kəməri 8 şərtə görə
üstünlük qazandı.
Bunlardan birincisi onun kommersiya səmərəliliyidir.
İkinci, üçüncü və dördüncü əsas şərtlər layihənin icra mümkünlüyü, həmçinin
maliyyə baxımından
icra mümkünlüyü
və texniki layihələndirmədir. Daha bir vacib məsələ
kimi tənzimləmə
və şəffaflıq
götürüldü. Altıncı amil kəmərin
təhlükəsizliyi və
səmərəli istismarının
mümkünlüyüdür. TAP eləcə də genişləndirmə imkanlarına
görə digər kəmərlərdən fərqlənir.
Nəhayət, qiymətləndirmə zamanı ictimai maraqlarla bağlı amillər də nəzərə alındı.
"Şahdəniz" qaz-kondensat
yatağının işlənməsi
layihəsinin əməliyyatçısı
olan BP şirkətinin
Azərbaycan, Gürcüstan
və Türkiyə üzrə regional prezidenti
Qordon Birrell
"Şahdəniz-2"dən hasil olunacaq qazın nəqli üçün İtaliya və Cənub-Şərqi Avropa
bazarlarının seçilməsini
gələcək inkişaf
istiqamətində mühüm
addım kimi qiymətləndirir: "Biz çox
şadıq ki, boru kəmərinin seçilməsinin hərtərəfli
və rəqabətə
əsaslı prosesi müvəffəqiyyətlə
yekunlaşdı və
indi Cənub Qaz Dəhlizini irəli apara bilərik. Bu qazı
ilk dəfə olaraq Xəzər dənizindən
birbaşa Avropaya nəql edəcək".
TAP-da Azərbaycanın neft-qaz layihələrində
aparıcı şirkətlər
olan ARDNŞ, BP və
"Statoyl" hər
biri 20 faizlik payla iştirak edir. Qalan iştirak paylarını
"Fluxys" (16 faiz),
"Total" (10 faiz), E.ON (9 faiz) və "Axpo" (5 faiz) bölüşdürürlər.
TAP-ın seçilməsi ardınca xoş müjdələr gətirdi.
Azərbaycan qazını Avropaya
daşıyacaq kəmərin
məhz TAP olduğu elan ediləndən təxminən üç
ay sonra mavi yanacağın alıcıları
ilə də sazişlər imzalandı.
Bunlar Avropa ölkələrindən 9 tanınmış
şirkətlərdir: "Axpo Trading AG", "Bulgargaz
EAD", "DEPA Public Gas Corporation of Greece S.A.", "Enel Trade SpA", "E.ON
Global Commodities SE", "Gas Natural Aprovisionamientos
SDG S.A.", "GDF SUEZ S.A.", "Hera Trading srl" və "Sheel Energy Europe Limited".
Daha üç
ay sonra, yəni bir neçə gün bundan əvvəl isə "Şahdəniz"in ikinci
mərhələsinin işlənməsi
üçün yekun
sərmayə qərarı
verildi.
Lakin Azərbaycanın
qaz ehtiyatları yalnız "Şahdəniz"lə
məhdudlaşmır. ARDNŞ-nin heç bir xarici şirkətin
köməyi olmadan kəşf etdiyi və işlədiyi "Ümid" yatağı məhsul verir. Azərbaycanın BP ilə
tərəfdaşlıq etdiyi
"Şəfəq-Asiman"da, "Total"la birgə işlədiyi "Abşeron"da
hələ nə qədər mavi yanacaq ehtiyatları var! "Azəri-Çıraq-Günəşli"nin
dərin qatlarında olan, "Babək"in və digər perspektiv strukturların vəd etdiyi qaz yurdumuza təbiətin səxavətlə
verdiyi xəzinənin
tükənməz olduğunu
söyləyir.
TAP elə bir kəmərdir
ki, gələcəkdə
bu mənbələrdən
alınacaq yanacağı
da nəql etmək gücündə
olacaq. Seçim zamanı məhz
bu amil də
diqqətlə nəzərə
alınıb.
Azərbaycan dövlətinin apardığı
düzgün və məqsədyönlü xarici
və iqtisadi siyasət
karbohidrogen ehtiyatlarının hələ neçə müddət
bundan sonra da xalqın rifahına xidmət edəcəyinə yönəldilib.
Prezident İlham Əliyevin dediyi kimi: "Bu yaxınlarda
"Şahdəniz-2" layihəsinin fəaliyyəti ilə bağlı qaz kontraktları da imzalanmışdır. Bizim tərəfdaşlarımız,
ixrac istiqamətlərimiz
artıq müəyyən
edilib. Enerji siyasətində də biz yolumuzdan dönməmişik, öz
siyasətimizi aparmışıq.
Elə bir vəziyyət yaratmışıq
ki, bu layihələr
Azərbaycan xalqına
bundan sonra ən azı 100 il xidmət
edəcəkdir. Bax, bizim
gələcəyə baxışlarımız
bundan ibarətdir.
Biz 30 il, 50 il, 100 il bundan qabağa
baxmalıyıq".
Flora SADIQLI,
Azərbaycan.-2013.- 22 dekabr.- S.1.