Azərbaycan «Türkvizyon-2013» Beynəlxalq
musiqi müsabiqəsinin qalibidir
İstanbul, 21 dekabr (AzərTAc). Türkiyənin Eskişehir şəhərində "Eskişehir-2013" Türk Dünyasının Mədəniyyət Paytaxtı Agentliyi, TÜRKSOY təşkilatı, Anadolu Universiteti və TMB televiziya kanalının təşkilatçılığı ilə keçirilən və Avrasiya məkanındakı 24 ölkənin təmsil olunduğu "Türkvizyon-2013" Beynəlxalq musiqi müsabiqəsi başa çatmışdır.
Azərbaycan təmsilçisi Fərid Həsənov bəstəkar Gövhər Həsənzadənin "Yaşa" mahnısını ifa etmişdir. Münsiflərdən ən çox - 210 bal alan Azərbaycan təmsilçisi ilk "Türkvizyon" mahnı müsabiqəsinin qalibi olmuşdur.
Fərid Həsənova mükafatı Türkiyənin
milli təhsil naziri Nabi Avcı təqdim etmişdir.
İkinci
yeri 205 balla Belarus, üçüncü yeri isə 200 balla
Ukrayna təmsilçiləri tutmuşlar.
Oqtay Bayramov,
AzərTAc-ın xüsusi müxbiri
İstanbul
Azərbaycan.-2013.- 22 dekabr.- S.7.