Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramının icrasının yekunlarına həsr olunmuş konfrans keçirilmişdir

 

Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov çıxışında dövlət başçısının "2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı"nın reallaşması ilə əlaqədar Bakı Şəhər İcra Hakimiyyətində keçirdiyi müşavirələrin, quruculuq işləri ilə bağlı imzaladığı sənədlərin əldə edilmiş uğurlar üçün əsaslı zəmin olduğunu vurğuladı. Nəhəng quruculuq  işlərinin miqyasını konkret faktlarla əsaslandıran Hacıbala ABUTALIBOV dedi:

- Azərbaycan Respublikası Prezidentinin "2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı"nın Tədbirlər Planına əsasən Bakı şəhəri üzrə inşası və əsaslı təmiri Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən nəzərdə tutulmuş 174 orta məktəb, 7 texniki peşə məktəbi, uşaq yaradıcılıq mərkəzləri və 121 uşaq bağçası-körpələr evinin əsaslı təmir-tikintisi başa çatdırılmış, başqa sözlə, 302 obyektdə əsaslı təmir-tikinti işləri aparılmış və ya sökülərək yenidən tikilmiş, 39 orta məktəbdə 776 sinifli 14920 şagird yerlik əlavə tədris korpusları, idman zalları və yeni sinif otaqları inşa edilmişdir. Hazırda 12 orta məktəbin əsaslı təmiri, 4 orta məktəbin yenidən inşası, 23 körpələr evi-uşaq bağçasının əsaslı təmiri və bir körpələr evi-uşaq bağçasının yenidən inşası işləri davam etdirilir. Qeyd etmək yerinə düşərdi ki, əsaslı təmir-tikinti işləri aparıldıqdan sonra uşaq bağçalarının genişlənməsi hesabına əlavə olaraq 166 qrupun, o cümlədən 3320 uşağın təlim-tərbiyə almasına imkan yaradılmışdır. Bundan başqa, 121 bağçada məskunlaşmış 772 qaçqın ailəsini yeni mənzillərə köçürmək şərti ilə təmir ediləcək həmin bağçalarda daha 12500 uşağın təlim-tərbiyə almasına şərait yaratmaq olar.

Eyni zamanda, Dövlət Proqramında nəzərdə tutulmuş Tədbirlər Planına əsasən, Bakı və onun ətraf qəsəbələrinə keçən müddət ərzində 3 milyon kvadratmetrdən artıq asfalt örtüyü çəkilmiş, 8956 ədəd elektrik dirəkləri quraşdırılmış, yeni idman meydançaları salınmış, ətraf mühitin çirklənməsinin qarşısını almaqyerli sakinlərin asudə vaxtlarını səmərəli keçirməsini təmin etmək məqsədilə görülən yaşıllaşdırma işləri nəticəsində xeyli miqdarda parkxiyabanlar insanların istifadəsinə verilmişdir.

Bakı Şəhər İcra Hakimiyyətinin başçısı məktəbəqədər uşaq tərbiyə müəssisələrində baş verən keyfiyyət dəyişikliklərinə də toxunaraq bildirdi:

- Əsaslı təmir-tikintisi başa çatdırılıb istismara qəbul olunan bütün uşaq bağçaları, uşaq evləri ən  müasir avadanlıqla təchiz edilmiş, standartlara uyğun gün ərzində 4 dəfə olmaqla təzə ərzaqla təmin olunması və digər təminat məsələləri dövlət tərəfindən yüksək səviyyədə həll edilmişdaimi nəzarətə götürülmüşdür.

Bu istiqamətdə atılan uğurlu addımlarla bağlı bir məsələni xüsusi olaraq qeyd etmək istərdim. Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı, UNESCO-nun xoşməramlı səfiri Bakı şəhəri və onun ətraf qəsəbələrinin abadlaşmasında əlahiddə xidmətləri olmuş Mehriban xanım Əliyevanın təşəbbüsündən və məqsədyönlü addımlarından sonra adıçəkilən müəssisələrin əməli fəaliyyətində müsbət istiqamətə yönəlmiş əsaslı dəyişikliklər müşahidə olunmuşdur. Bunun nəticəsidir ki, əvvəllər dövlət təminatlı uşaq bağçalarına uşaqları cəlb etmək problemi var idisə, indi əksinə, dövlət təminatlı uşaq bağçalarına tələbat artdığından valideynlər öz uşaqlarını uşaq bağçasına qoymaq üçün növbəyə yazılmalı olurlar.

Yeri gəlmişkən, diqqətinizə çatdırmaq istərdim ki, təqdim olunan məlumatlara əsasən, Bakı şəhəri üzrə 94 orta məktəbin təmirinə, eyni zamanda, birnövbəli sistemə keçid üçün 109 əlavə korpusun, 28 yeni məktəbin tikilməsinə və 20 min 109 uşağın təlim-tərbiyə aldığı daha 192 uşaq bağçasının əsaslı təmirinə, 9 min 300 uşağın təlim-tərbiyə alması üçün 183 yeni bağçanın tikilməsinə ehtiyac vardır.   

Hacıbala Abutalıbov Prezident İlham Əliyevin əhali ilə mütəmadi görüşlərinin, insanlarla birbaşa təmasda olaraq onların problemləri ilə yaxından tanış olub yerindəcə həll edilməsi ilə bağlı müvafiq tapşırıq və tövsiyələr verməsini paytaxtın və ətraf qəsəbələrin sürətli inkişafı haqqında qərarların qəbul edilməsində, həmçinin Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramına əlavə tədbirlər planlarının həyata keçirilməsində müstəsna rolundan danışaraq dedi:

- Sizinlə görüşdə yerli sakinlərin xahişini nəzərə alaraq verdiyiniz göstəriş əsasında inşa olunmuş gözoxşayan, insanların daimi istirahət guşəsinə çevrilmiş Binəqədi rayonunun Biləcəri qəsəbəsində yerləşən parkı, Suraxanı, Sabunçu, Xəzər, Qaradağ və digər rayonlarda, qəsəbələrdə salınmış yeni yolları, Zeynalabdin Tağıyevin Mərdəkan qəsəbəsində tikdirdiyi məktəbin binasının bərpasını, möhtərəm Prezidentimizin orta məktəblərdə birnövbəliyə keçidlə bağlı verdiyi tapşırığa əsasən tikilmiş yeni məktəb korpuslarını, idman zallarını, Nəsimi və Səbail rayonlarında dünya standartlarına cavab verən parkinqləri, parkları və bir çox obyektləri göstərmək olar.

Hacıbala Abutalıbov paytaxtın sosial infrastrukturunun təkmilləşdirilməsi sahəsində həyata keçirilən tədbirlər sırasında şəhərin lift təsərrüfatının yaxşılaşdırılması istiqamətində görülən işlərdən də danışaraq qeyd etdi ki, 2013-cü ildə Bakıya yüksək standartlara cavab verən min lift qurğusu gətirilmişdir. Növbəti ildə daha min liftin alınması nəzərdə tutulmuşdur. Bildirildi ki, bu və digər tədbirlər bütövlükdə əhalinin rahatlığına və şəhərin gözəlləşməsinə xidmət edir.                       

 

* * *

 

Ölkə iqtisadiyyatının güclənməsinin əhalinin rifahının əhəmiyyətli dərəcədə yüksəlməsi ilə yanaşı, şəhər və kəndlərimizin, o cümlədən paytaxt Bakının və onun ətraf qəsəbələrinin simasının əsaslı şəkildə dəyişməsi ilə müşayiət olunduğunu bildirən iqtisadiyyat və sənaye naziri Şahin MUSTAFAYEV dedi:

 

- Möhtərəm cənab Prezident!

 

Sizin Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramının icrasını daim diqqət mərkəzində saxlamağınız və hər bir sahə üzrə verdiyiniz tapşırıq və tövsiyələr proqramın uğurlu icrasını təmin etmiş, Bakı qəsəbələrinin inkişafını sürətləndirmiş, əhalinin həyat səviyyəsi daha da yüksəlmişdir. Müəyyən etdiyiniz iqtisadi strategiyayaprioritet vəzifələrə uyğun olaraq, yol-nəqliyyat, qaz, enerji, su-kanalizasiya, istilik təchizatı, təhsil, səhiyyə, mədəniyyət, idman və digər sahələrdə layihələr həyata keçirilir. Görülən işlərlə yerindəcə tanış olmağınız, qarşıya çıxan problemlərin ən qısa zamanda həlli üçün verdiyiniz göstərişlər, layihələrin icrasına şəxsi nəzarətiniz əhali tərəfindən çox yüksək qiymətləndirilir.

 

Möhtərəm cənab Prezident!

 

İqtisadiyyat və Sənaye Nazirliyi və Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən proqramın icrası əlaqələndirilmiş və görülən işlər nəzarətə götürülmüşdür. Aparılan monitorinqlərin nəticələri internet saytında yerləşdirilir və proqramda əks olunan bütün sahələr üzrə icraçı qurumların və ictimaiyyətin nümayəndələrinin iştirakı ilə mütəmadi müzakirə olunur. Proqramda nəzərdə tutulmuş tədbirlərin icrasına 3 milyard manat vəsait yönəldilmişdir.             

Görülmüş işlər nəticəsində üç il ərzində proqram çərçivəsində paytaxt və qəsəbələrdə, eləcə də Abşeron rayonunun qəsəbə və kəndlərində 3500 kilometr qaz kəmərləri çəkilmiş, əlavə 132 min abonent qazla təmin olunmuşdur. 39 elektrik yarımstansiyası və 264 transformator tikilmişya təmir edilmiş, 4400 kilometr elektrik kabel xətləri çəkilmiş və nəticədə əhalinin və iqtisadiyyatın enerji təchizatı təmin edilmişdir. Zabrat-Maştağa-Buzovna yolunda və Zığ dairəsi-aeroport yolundan Qala stansiyasınadək gedən yolda yenidənqurma işləri başa çatmışdır. Bilgəh-Novxanı-Sumqayıt, Zabrat-Kürdəxanı-Pirşağı, Zığ-Hövsan yollarında və Binə qəsəbəsinin baş yolunda isə işlər davam etdirilir. 22 qəsəbənin 420 mindən çox sakininin istifadə etdiyi 62 kilometr qəsəbələrarası yollar təmir olunmuş, rayon və qəsəbədaxili yollara 3 milyon kvadratmetrdən çox asfalt örtüyü salınmış, 41 körpü, tunelpiyada keçidi istifadəyə verilmişdir. Rabitə və informasiya-kommunikasiya texnologiyaları sahəsində 11 ATS, 9 poçt şöbəsi üçün bina tikilmiş, 28 ATS rekonstruksiya olunmuş, Zirə, Gürgan və Pirallahı qəsəbələrinə fiber optik kabel çəkilmiş, Bakinternetin qlobal internet şəbəkəsinə çıxış sürəti saniyədə 7,5 qiqabitə çatdırılmışdır.

Aparılan sənayeləşmə siyasəti şəhərin və ətraf qəsəbələrin dinamik inkişafına ciddi təkan vermiş, son üç ildə ümumi investisiya qoyuluşu 2 milyard manat olan Bakı gəmiqayırma, müasir tikinti materialları, metal konstruksiyalar, gəmi təmiri, təcrübə-sınaq, sement zavodları və digər sənaye müəssisələri tikilmişdir, bir sıra istehsalemal müəssisələrinin tikintisi davam etdirilir. 

Bakıətrafı qəsəbələrdə aqrar sahənin inkişafına dəstək vermək məqsədilə Abşeron magistral kanalında yenidənqurma işləri davam etdirilmiş, Xəzər, Sabunçu, Suraxanı və Abşeron rayonlarında əkin və həyətyanı sahələrin su təminatının yaxşılaşdırılması üçün 278 min poqonmetr boru kəmərləri çəkilmiş, 6 baytarlıq məntəqəsi tikilmişdir.

Cənab Prezident, "Ölkə iqtisadiyyatının gələcək inkişafı sahibkarlığın inkişafından bilavasitə asılıdır" prinsipinizə uyğun olaraq, ölkəmizdə sahibkarlığın inkişafı iqtisadi siyasətin prioritet istiqamətlərindən birinə çevrilmişdir. Dövlət Proqramının qəbulundan ötən dövr ərzində Bakı qəsəbələrində sahibkarlığın inkişafına dövlət dəstəyi çərçivəsində 33 tədbir keçirilmiş və 4550 sahibkara layihələrin seçilməsi, biznes planların hazırlanması və digər növ texniki yardım göstərilmişdir. Fondun xətti ilə Bakı qəsəbələri üzrə 680 sahibkara 148 milyon manat güzəştli kreditlər verilmiş və 5300-dək yeni yerinin açılması imkanı yaranmışdır. Müasir texnologiyaların tətbiqinə əsaslanan 53 iri layihə, o cümlədən 13 çörək zavodu, 48 hektar ərazidə 13 istixana kompleksi, 9 quşçuluq təsərrüfatı, 2 ət emalı fabriki, 2 metal konstruksiya və 14 digər sənaye müəssisəsi maliyyələşdirilmişdir.

İstifadəyə verilmişillik istehsal gücü 150 min ton olan müasir çörək zavodları Bakı şəhəri və ətraf qəsəbələrdə yaşayan əhalini yüksək keyfiyyətli, geniş çeşiddə çörək və çörək məhsulları ilə təmin edir. İllik istehsal gücü 5,3 min ton quş əti və 67 milyon ədəd damazlıq və əmtəəlik yumurta olan quşçuluq təsərrüfatlarının və illik istehsal gücü 1,8 min ton ət kəsimi və 10 min ton ət emalı olan fabriklərin fəaliyyətə başlaması, əhalinin ərzaq təminatının daha da yaxşılaşmasına öz töhfəsini verməkdədir.

Möhtərəm cənab Prezident, insan amilinə xidmət edən sosial siyasətə uyğun olaraq, yenimüasir tibb müəssisələrinin açılması, mövcud müəssisələrin maddi-texniki bazasının gücləndirilməsi istiqamətində rayon və qəsəbələrdə 41 xəstəxana, poliklinika, sanatoriya və digər tibb müəssisələri tikilmişya təmir edilərək müasir avadanlıqla təchiz olunmuşdur. Bundan əlavə, ixtisaslaşdırılmış ruhi-əsəb internat evi əsaslı təmir olunmuş, Bilgəh qəsəbəsində əlillər üçün pansionatın yeni korpusu tikilmiş, 13 səhiyyə obyektində, əlil və yetkinlik yaşına çatmayanlar üçün 4 bərpa mərkəzində işlər davam etdirilir.

Ölkəmizin mədəniyyət və turizm sahələrinin inkişafı istiqamətində bir sıra əhəmiyyətli layihələr həyata keçirilmiş, milli-mədəni irsimizin qorunması, inkişaf etdirilməsi istiqamətində ciddi nəticələrə nail olunmuşdur.

Proqram çərçivəsində 12 mədəniyyət obyektində təmir-tikinti işləri yekunlaşmış, digər obyektlər üzrə işlər davam etdirilir.

Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın qayğısı nəticəsində respublikamızın digər bölgələrində olduğu kimi, Bakıda, şəhərətrafı qəsəbə və kəndlərdə milli və mədəni irsimizin qorunması, mədəniyyətin, təhsilin, səhiyyənin, idmanın və digər sahələrin inkişafı ilə bağlı mühüm işlər görülür. Əhalinin, xüsusilə gənc nəslin hərtərəfli inkişafına xidmət edən bədən tərbiyəsi və idman infrastrukturunun inkişafı istiqamətində 9 gənclər və idman obyektində təmir-tikinti işləri yekunlaşmış, 17 obyektdə isə işlər davam etdirilir.

Cənab Prezident, ətraf mühitin sağlamlaşdırılmasına, ekoloji durumun yaxşılaşdırılmasına yönəldilmiş siyasətiniz ölkəmizdə ekoloji problemlərin həllini prioritet istiqamətlərdən birinə çevirmişdir. Bakı şəhərinin ekoloji vəziyyətinə mənfi təsir edən amillərin aradan qaldırılması üçün neftlə çirklənmiş torpaqların və göllərin təmizlənməsi, sənaye müəssisələrinin şəhərətrafı ərazilərə köçürülməsi və yeni yaradılan müəssisələrə ciddi ekoloji tələblərin qoyulması artıq öz müsbət nəticəsini verməkdədir. Belə ki, 228 hektar neftlə çirklənmiş ərazi rekultivasiya edilmiş, 1350 hektar sahədə 1,3 milyon ağac əkilmiş, 408 hektar ərazi abadlaşdırılmış, 53 yeni mədəniyyət və istirahət parkı yaradılmışdır.

Abşeron yarımadasında yerləşən 9 gölün və ətraf ərazilərin ekoloji vəziyyətinin yaxşılaşdırılması məqsədilə aparılan hazırlıq işləri bitmək üzrədir. Eyni zamanda, Böyük Şor gölünün ekoloji bərpası üçün layihələndirmə və mühəndislik işlərinə başlanılmışdır.

 

* * *

 

"Azərsu" Açıq Səhmdar Cəmiyyətinin sədri Qorxmaz Hüseynov ölkənin sosial-iqtisadi inkişafının kommunal sektorda, o cümlədən su təchizatı və kanalizasiya sistemində də köklü dəyişikliklərə səbəb olduğunu vurğuladı. Bu sahədə Bakı və ətraf qəsəbələrdə görülən işlər barədə məlumat verən Qorxmaz HÜSEYNOV dedi:

- Son illər Bakı şəhəri və Abşeron yarımadasında infrastrukturun sürətli inkişafı nəzərə alınaraq, su təchizatı və kanalizasiya sektorunda görüləcək işlərin səmərəliliyini artırmaq məqsədi ilə "2035-ci ilə qədər perspektiv inkişaf nəzərə alınmaqla Abşeron yarımadasının qəsəbə və kəndlərində su təchizatı, kanalizasiya sistemləri və yağış sularının idarə olunması üçün Master Plan" hazırlanmışdır. Sənədin hazırlanması zamanı Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin "Böyük Bakının Regional İnkişaf Planı", Dövlət Statistika Komitəsinin və digər qurumların məlumatları nəzərə alınmışdır. 18 bölmədən ibarət olan Master Plan hazırlanarkən şəhərsalmanın inkişafı, əhalinin artımı və sıxlığı, turizmin inkişafı, təmizlənmiş çirkab suların təkrar istifadəsi, ekoloji tarazlıq və digər amillər əsas götürülmüşdür.

Master Planın hazırlanması ilə paralel olaraq görüləcək işlərin layihələndirilməsinə də başlanılmışdır.

Belə ki, su təchizatı sistemində 550 kilometr magistral su kəməri, 8100 kilometr su şəbəkəsi, ümumi həcmi 650 min kubmetr olan 65 su anbarı, məhsuldarlığı sutkada 1 milyon 300 min kubmetr olan 2 mərkəzi su nasos stansiyası layihələndirilmişdir.

Kanalizasiya sistemində Abşeron yarımadası 11 hövzəyə bölünməklə məhsuldarlığı sutkada 1 milyon 400 min kubmetr olan 11 ədəd çirkab sutəmizləyici qurğu, 140 kilometr kanalizasiya tunelləri, 680 kilometr kanalizasiya kollektorları, 6400 kilometr kanalizasiya şəbəkəsi layihələndirilmişdir.

Cənab Prezident, yarımadanın mərkəzləşdirilmiş su təchizatı sisteminə qoşulmayan qəsəbələrini su ilə təmin etmək məqsədilə Ceyranbatan-Balaxanı-Qala magistral kəməri qısa müddətdə tikilərək 2013-cü ilin avqust ayında istifadəyə verilmişdir. Uzunluğu 61 kilometr olan kəmərin istifadəyə verilməsi nəticəsində tarixən yeraltı sulardan istifadə edən Qala, Şağan, Mərdəkan, Şüvəlan və Binə qəsəbələri də daxil olmaqla Binəqədi, Mehdiabad, Digah, Məhəmmədi, Balaxanı, Ramana, Zabrat, Sabunçu, Hövsan, Yeni Suraxanı yaşayış massivlərində yaşayan əhalinin hazırda 122 min nəfərinin su təminatı əsaslı şəkildə yaxşılaşdırılmışdır. Eyni zamanda, tikilən yeni su kəməri mövcud Ceyranbatan-Maştağa xəttinin əhatə etdiyi zonada yerləşən Pirşağı, Kürdəxanı, Maştağa, Nardaran, Bilgəh, Buzovna qəsəbələrinin dayanıqlı su təchizatına da imkan yaratmışdır.

Dövlət Proqramına uyğun olaraq su təminatı zəif olan ərazilər əsas götürülməklə, Bakı şəhəri və ətraf qəsəbələrdə 820 kilometr uzunluğunda supaylayıcı şəbəkə, ümumi tutumu 100 min kubmetr olan 7 ədəd su anbarı tikilmiş, 53 min mənzildən ibarət 900 çoxmənzilli yaşayış binasının daxili supaylayıcı sistemləri yenilənmiş, 120 min ədəd smart-kart tipli sayğac quraşdırılmışdır. Bu layihələr Bakı şəhərinin mərkəzi də daxil olmaqla, bütün qəsəbə və yaşayış massivlərini əhatə etmişdir.

Möhtərəm Prezident, Dövlət Proqramının icra edildiyi müddətdə 220 min nəfər ilk dəfə mərkəzləşdirilmiş qaydada içməli su ilə təmin edilmiş və fasiləsiz su alan əhalinin sayı 900 min  nəfərdən 1 milyon 760 min nəfərə çatdırılmışdır. Beləliklə, Bakı şəhəri və ətraf qəsəbələrdə xidmət göstərilən əhalinin 78 faizinin fasiləsiz içməli su təminatına nail olunmuşdur. Eyni zamanda, əhaliyə verilən suyun keyfiyyətinə nəzarət etmək üçün müasir standartlara cavab verən Mərkəzi Laboratoriya tikilib Sizin iştirakınızla istifadəyə verilmişdir.

Cənab Prezident, Dövlət Proqramı çərçivəsində 200 kilometr uzunluğunda kanalizasiya şəbəkəsi tikilmiş, uzun illər lillənərək suburaxma imkanını 50  faizə qədər itirmiş 225 kilometr uzunluğunda kanalizasiya kollektoru və şəbəkəsi xüsusi maşınlarla yuyularaq təmizlənmişdir. 320 min nəfərin yaşadığı 1220 binanın zirzəmisində 6000 metr kanalizasiya xətləri yenilənmiş və ya bərpa edilmiş, nəticədə həmin binaların zirzəmilərinin sanitar-gigiyenik vəziyyəti yaxşılaşdırılmışdır.

Uzunluğu 6 kilometr olan kanalizasiya kollektorunun tikilməsi, Sahil və Dairəvi kollektorların təmizlənməsi nəticəsində buxtaya sutka ərzində axan 170 min kubmetrə qədər çirkab suyun qarşısı alınaraq Hövsan Aerasiya Stansiyasına yönəldilmişdir. Hövsan Aerasiya Stansiyasında görülən əlavə tədbirlər nəticəsində dənizə axıdılan suyun texniki göstəriciləri normalara uyğunlaşdırılmış, lilin emalı ilə bağlı son texnologiya tətbiq olunmuşdur. Xəzər dənizinə Novxanı-Sumqayıt sahil zonasından 16 nöqtədən axan çirkab suların qarşısını almaq məqsədilə uzunluğu 15 kilometr olan kanalizasiya kollektoru tikilib istifadəyə verilmişdir. Bununla da Novxanı-Sumqayıt çimərliklərinin çirklənməsinin qarşısı alınmışdır.

Başa çatdırılmış bu işlərlə yanaşı, içməli su təchizatında müstəsna əhəmiyyət kəsb edəcək, təməli Sizin tərəfinizdən qoyulmuş, məhsuldarlığı sutkada 520 min kubmetr olan Ceyranbatan ultrasüzgəcli sutəmizləyici qurğusunun tikintisi davam etdirilir və 2014-cü ildə başa çatdırılacaqdır.

Mərkəzləşdirilmiş su şəbəkəsinə qoşulmayan Zirə, Türkan, Dübəndi, Gürgan və Pirallahı qəsəbələrini su ilə təmin edəcək Qala-Zirə-Pirallahı kəmərinin davam edən tikintisi də 2014-cü ildə başa çatdırılacaqdır. Abşeron yarımadasında yaranan çirkab suların idarə olunması üçün 11 ünvanda ümumi uzunluğu 50 kilometr olan tunel tipli kanalizasiya kollektorlarının tikintisinə start verilmişdir.

 

Qarşıdakı illərdə yeni Dövlət Proqramına uyğun olaraq ətraf qəsəbələrdə 450 kilometr magistral su xəttinin və ümumi tutumu 500 min kubmetr olan 50 su anbarının, 6500 kilometr içməli su şəbəkəsinin tikintisi nəzərdə tutulur. Bu işlər başa çatdıqdan sonra Bakı şəhərində və ətraf qəsəbələrdə yaşayan bütün əhali fasiləsiz içməli su ilə təmin olunacaqdır.

 

* * *

 

"2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı"nın reallaşması üçün "Azəristiliktəchizat" Açıq Səhmdar Cəmiyyətinin gördüyü işlərdən danışan qurumun sədri Yaşar HƏSƏNOV dedi:

- Bakı şəhərinin və onun qəsəbələrinin kompleks inkişafı ilə paralel aparılan istilik təchizatı layihələrinin həyata keçirilməsi əhəmiyyətli nəticələrin əldə edilməsinə imkan vermişdir.

Dövlət Proqramına uyğun olaraq 2011-2013-cü illər ərzində yalnız "Azəristiliktəchizat" ASC tərəfindən yaşayış binaları və sosial obyektlərin istilik təchizatının bərpası və yaxşılaşdırılması ilə bağlı 664 layihə icra edilmişdir.

Dövlət Proqramında təhsil və səhiyyə müəssisələrinin istilik təchizatı sistemlərinin bərpası ilə bağlı icrası "Azəristiliktəchizat" ASC tərəfindən nəzərdə tutulmuş bəzi layihələr Bakı Şəhər İcra Hakimiyyəti və aidiyyəti nazirliklər tərəfindən binaların əsaslı təmiri layihələri çərçivəsində tam həyata keçirilmişdir.

Proqramın icrası müddətində yaranmış zəruriyyətlə əlaqədar əlavə olaraq 3 məktəbin və 1 səhiyyə obyektinin məhəllədaxili, aşağı paylamabinadaxili istilik sistemi tamamilə yenidən qurulmuş, 4 yeni qazanxana tikilmiş, 5 qazanxana ən müasir avadanlıqlar quraşdırılmaqla tam modernləşdirilmiş, rayonun istilik qazanxanalarından qidalanan 9 istilik məntəqəsi yenidən qurulmaqla məhəlli qazanxanaya çevrilmiş, 101 yaşayış binasının məhəllədaxili və aşağı paylama istilik sistemi tamamilə yenidən qurulmuşdur.

Həyata keçirilən bütün bu tədbirlər nəticəsində Ələt, Müşfiqabad, Biləcəri, Badamdar və digər qəsəbələrdə uzun illər istiliklə təmin edilməyən çoxmərtəbəli yaşayış binalarının istilik təchizatı bərpa edilmişdir. Yeni yaradılmış Pirallahı rayonunda layihə üzrə mərkəzləşdirilmiş istilik təchizatı sisteminə qoşulan çoxmərtəbəli yaşayış binalarını tam istiliklə təmin edən istilik mənbələri yaradılmışdır. Bundan başqa, Biləcəri qəsəbəsində çoxmərtəbəli yaşayış binalarının istilik təchizatının təmin edilməsi ilə bağlı kompleks tədbirlər planı hazırlanaraq icra edilir.

Həyata keçirilən tədbirlər hazırkı qış mövsümündə yalnız Bakı şəhərində 320 qazanxana istismar edilməklə 2760 yaşayış binası, 730 təhsil, səhiyyə və digər sosial obyektin istiliklə təmin edilməsinə imkan vermişdir. "Azəristiliktəchizat" ASC-nin yaradıldığı 2005-ci illə müqayisədə Bakıda istismar edilən qazanxanaların sayı 3,6 dəfə, istiliklə təmin edilən yaşayış binalarının sayı 2,8 dəfə, sosial obyektlərin sayı 2,8 dəfə artmışdır.

Əlavə olaraq bildirmək istərdim ki, Pirallahı rayonunda, Biləcəri qəsəbəsində, Binəqədi rayonunun 7-ci və 8-ci mikrorayonlarında, Yasamal və Xətai rayonlarında 10-a yaxın qazanxananın tikintisi tam başa çatdırılmışdır və hazırda son sınaq sazlama işləri aparılır və həmin qazanxanalar yaxın günlərdə istismara buraxılacaqdır ki, bu da əlavə olaraq 118 çoxmərtəbəli yaşayış binasının istiliklə təmin edilməsinə imkan verəcəkdir.

 

* * *

 

Azərbaycan.-2013.- 24 dekabr.- S.2-3.