Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə

 

Hörmətli cənab Prezident!

 

Sizi ad gününüz münasibətilə təbrik etməyi və xoş arzularımı bildirməyi özümə şərəf sayıram.

Çin ilə Azərbaycan dost və tərəfdaş dövlətlərdir. Ölkələrimiz arasında diplomatik münasibətlər yaradıldığı vaxtdan 21 il keçmişdir. Çin ilə Azərbaycan arasında dostluq münasibətləri sabitdinamik inkişaf edir. Çin tərəfi bu münasibətlərin səviyyəsindən razıdır.

Azərbaycan ilə Çin arasında münasibətlərin inkişafına Sizin töhfənizi, həmçinin uzun illər boyu bütün sahələrdə ikitərəfli əməkdaşlığı fəal inkişaf etdirməyinizi yüksək qiymətləndirirəm. Ölkələrimiz arasında münasibətlərin inkişafına böyük əhəmiyyət verirəm. Çin ilə Azərbaycan arasında ənənəvi dostluğun, ikitərəfli siyasi etimadın möhkəmlənməsinə, münasibətlərimizin daha da inkişaf etməsinə və ölkələrimizin xalqlarının rifahının yaxşılaşmasına yönəlmiş səyləri Sizinlə bərabər davam etdirmək istəyirəm.

Sizə möhkəm cansağlığı diləyir, ən xoş arzularımı bildirirəm.

Ölkənizə və xalqınıza firavanlıq arzulayıram.

Hörmətlə,

 

 

 

Si TSZİNPİN,

Çin Xalq Respublikasının sədri

Azərbaycan.-2013.- 24 dekabr.- S.1.