Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə

 

Hörmətli İlham Heydər oğlu!

Doğum gününüz münasibətilə səmimi təbriklərimi və ən xoş arzularımı qəbul edin.

Azərbaycanın ictimai-siyasi həyatının bütün sahələrində genişmiqyaslı dəyişikliklər, ölkənin iqtisadi inkişafında sanballı uğurlar, dövlət müstəqilliyinin və beynəlxalq aləmdə nüfuzunun ardıcıl surətdə möhkəmlənməsi Sizin rəhbərliyinizlə həyata keçirilən uğurlu daxilixarici siyasətlə ayrılmaz şəkildə bağlıdır.

Əminəm ki, strateji tərəfdaşlıq prinsiplərinə, çoxəsrlik möhkəm dostluq tellərinə, qarşılıqlı etimada və əməkdaşlığa əsaslanan Özbəkistan-Azərbaycan münasibətləri bundan sonra da ölkələrimizin və xalqlarımızın rifahı naminə durmadan inkişaf edəcək, yeni məzmunla zənginləşəcəkdir.

Hörmətli İlham Heydər oğlu, bu xoş fürsətdən istifadə edərək Sizə möhkəm cansağlığı, ali dövləti fəaliyyətinizdə böyük uğurlar, ailənizə firavanlıq, qardaş Azərbaycan xalqına sülhrifah arzulayıram.

Hörmətlə,

 

 

 

İslam KƏRİMOV,

Özbəkistan Respublikasının Prezidenti

Azərbaycan.-2013.- 24 dekabr.- S.1.