Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham
Əliyevə
Hörmətli İlham Heydər oğlu!
Doğum gününüz münasibətilə səmimi təbriklərimi qəbul edin.
Azərbaycan Respublikasının inamlı sosial-iqtisadi inkişafı, ölkənin dünyada sanballı nailiyyətləri Sizin adınızla sıx bağlıdır. Azərbaycan xalqı bu il keçirilən prezident seçkilərində Sizin yeritdiyiniz daxili və xarici siyasətə yüksək etimad bəslədiyini təsdiq etmişdir.
Belarus və Azərbaycanın strateji tərəfdaşlığı ilbəil möhkəmlənir, perspektivli birgə layihələrlə zənginləşir. Belarus Respublikası ilə münasibətlərin inkişafına Sizin şəxsi diqqətiniz qarşılıqlı faydalı əməkdaşlığın qurulmasında mühüm rol oynayır.
Əminəm ki, ölkələrimizin dostluğa və etimada əsaslanan qarşılıqlı fəaliyyəti bundan sonra da fəal inkişaf edəcəkdir.
Hörmətli İlham Heydər oğlu, Sizə səmimi qəlbdən möhkəm cansağlığı, xoşbəxtlik və ali dövləti vəzifənizdə uğurlar arzulayıram.
Hörmətlə,
Aleksandr LUKAŞENKO,
Belarus Respublikasının Prezidenti
Azərbaycan.-2013.- 24 dekabr.- S.2.