Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə

 

Hörmətli İlham Heydər oğlu!

Sizi doğum gününüz münasibətilə səmimi qəlbdən təbrik edirəm.

Siz zəngin həyat yolu keçmiş istedadlı rəhbər və təşkilatçısınız. Geniş təfəkkür və Azərbaycan xalqının mənafelərinə sədaqət Sizi fərqləndirən cəhətlərdir. Əminəm ki, xalqlarımız arasında tarixən yaranmış mehriban qonşuluq münasibətləri, dostluq və əməkdaşlıq daha da inkişaf edəcəkdir.

Hörmətli İlham Heydər oğlu, Sizə ən xoş arzularımı, möhkəm cansağlığı, uzun ömür, Azərbaycan Respublikasının əmin-amanlığı, firavanlığı, çiçəklənməsi naminə səmərəli fəaliyyət diləklərimi qəbul edin.

Hörmətlə,

 

 

 

Ramazan ABDULATİPOV,

Rusiya Federasiyası Dağıstan Respublikasının Prezidenti

Azərbaycan.-2013.- 24 dekabr.- S.2.