Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham
Əliyevə
Hörmətli cənab Prezident!
Doğum gününüz münasibətilə Sizə səmimi təbriklərimi və ən xoş arzularımı çatdırmaq istərdim. Amerika Birləşmiş Ştatları ilə Azərbaycan Respublikası arasında strateji tərəfdaşlığa Sizin sədaqətiniz və şəxsi töhfəniz çox yüksək qiymətləndirilir. Ölkələrimiz müttəfiqdir və bizim dostluğumuz Sizin rəhbərliyiniz altında daha da güclənmişdir.
Əminəm ki, Prezidentliyinizin yeni dövründə ABŞ ilə Azərbaycan arasındakı mühüm əlaqələri daha da genişləndirmək üçün Sizinlə birgə işləməyə davam edəcəyik.
Dərin hörmətlə,
Maykl Jozef
MADİQAN,
ABŞ-ın İllinoys ştatı Nümayəndələr
Palatasının sədri
Todd RAKİTA,
ABŞ konqresmeni
Azərbaycan.-2013.- 24 dekabr.- S.2.