«1941-1945-ci illər Böyük
Vətən müharibəsi iştirakçılarına Azərbaycan
Respublikası Prezidentinin təqaüdünün
təsis edilməsi haqqında» Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 2 iyul tarixli 2320 nömrəli
Sərəncamında dəyişikliklər edilməsi barədə
Azərbaycan
Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
"1941-1945-ci illər Böyük Vətən müharibəsi iştirakçılarına Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 2 iyul tarixli 2320 nömrəli Sərəncamında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, ¹ 7, maddə 708) aşağıdakı dəyişikliklər edilsin:
1. Adına və 1-ci hissəsinə "iştirakçılarına" sözündən sonra ", İkinci Dünya müharibəsi dövründə Leninqrad şəhərinin mühasirəsi zamanı şəhərin müəssisələrində, idarə və təşkilatlarında işləmiş və "Leninqradın müdafiəsinə görə" medalı, "Leninqrad mühasirəsində yaşayan" döş nişanı ilə təltif edilmiş şəxslərə" sözləri əlavə edilsin.
2.
Preambulasına "iştirakçılarının"
sözündən sonra ", İkinci Dünya müharibəsi
dövründə Leninqrad şəhərinin mühasirəsi
zamanı şəhərin müəssisələrində,
idarə və təşkilatlarında işləmiş və
"Leninqradın müdafiəsinə görə"
medalı, "Leninqrad mühasirəsində yaşayan"
döş nişanı ilə təltif edilmiş şəxslərin"
sözləri əlavə edilsin.
İlham ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı şəhəri,
23 dekabr 2013-cü il
Azərbaycan.-2013.- 24 dekabr.- S.4.