Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə «Azərbaycan 2013-2018: Yeni hədəflərə doğru» mövzusunda konfrans keçirilmişdir

 

Dekabrın 23-də "Fairmont Baku" otelində Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə "Azərbaycan 2013-2018: Yeni hədəflərə doğru" mövzusunda konfrans keçirilmişdir.

AzərTAc xəbər verir ki, Milli Məclisin deputatlarının, ictimaiyyətin nümayəndələrinin, ziyalıların və gənclərin iştirak etdiyi konfransı Yeni Azərbaycan Partiyasının sədr müavini-icra katibi, Baş nazirin müavini Əli Əhmədov açaraq Azərbaycan dövlətinin qarşıdakı 5 il ərzində həyata keçirəcəyi strateji layihələrdən və tədbirlərdən danışmışdır.

Bildirilmişdir ki, son 10 il Azərbaycanın müasir tarixinə qızıl hərflərlə yazılacaq bir dövr olmuşdur. Bu dövrdə Azərbaycan dünyada bənzəri olmayan iqtisadi inkişafa nail olmuş, beynəlxalq arenada nəinki siyasi müstəqilliyini qoruyub saxlamış və  möhkəmləndirmiş, hətta BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzü seçilmişdir. Bütün bu nailiyyətlər Prezident İlham Əliyev tərəfindən həyata keçirilən siyasətin nəticəsidir. Bu uğurlu siyasətin əsasını isə Heydər Əliyevin ideyaları təşkil etmişdir. Təsadüfi deyildir ki, bu il oktyabrın 9-da keçirilmiş prezident seçkilərində Azərbaycan xalqının mütləq əksəriyyəti İlham Əliyevə səs verərək ölkəmizin taleyini növbəti 5 ildə də ona tapşırmışdır. Azərbaycan xalqı baş verən müsbət dəyişiklikləri birbaşa öz həyatında hiss edir. Artıq Azərbaycan vətəndaşları azadlığın yalnız obyektiv həqiqət deyil, real imkanlardan ibarət olduğunu başa düşürlər. Daha yaxşı yaşamaq, həyat səviyyəsini yüksəltmək, yüksək səviyyəli təhsil almaqbu kimi digər imkanlardan istifadə edən insanlar bu imkanların Prezident tərəfindən yaradıldığını bilir və qiymətləndirirlər. Bugünkü sabitlikiqtisadi inkişaf üçün ümummilli lider Heydər Əliyev böyük əmək sərf etmişdir.

Gələcək planlardan danışan Ə.Əhmədov bildirmişdir ki, növbəti 5 ildə Azərbaycan dövlətinin qarşısında böyük işlər dayanır. Prezident İlham Əliyev andiçmə mərasimində qeyd etmişdir ki, növbəti 5 ildə iqtisadi rəqabət qabiliyyətinin, insanların rifah halının və həyat şəraitinin daha da yüksəldilməsi nəzərdə tutulmuşdur. Bu işlərin həyata keçirilməsi üçün yeni dövlət proqramları qəbul edilərək, inkişafın yeni mərhələsinin tələblərinə uyğun qaydada icra olunacaqdır.

Ə.Əhmədov konfransın əlamətdar bir gün ərəfəsində keçirildiyini nəzərə çatdıraraq demişdir ki, dekabrın 24-ü Azərbaycan Prezidenti İlham Əliyevin doğum günüdür. O bu əlamətdar gün münasibəti ilə Prezident İlham Əliyevi tədbir iştirakçıları və çoxminli YAP üzvləri adından təbrik etmişdir.

YAP Siyasi Şurasının üzvü, Baş nazirin birinci müavini Yaqub Eyyubov Azərbaycanın son 10 ildə əldə etdiyi nailiyyətlərə nəzər salaraq bildirmişdir ki, məhz Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən düşünülmüş, məqsədyönlü siyasətin nəticəsidir ki, bu gün müstəqil Azərbaycan Respublikası demokratik və bəşəri dəyərlərin bərqərar olduğu məkan, dünya birliyinin layiqli üzvü, davamlı inkişaf edən, dayanıqlı iqtisadiyyata malik ölkədir.

Y.Eyyubov demişdir ki, tarixi baxımdan o qədər də böyük dövr olmayan son 10 il ərzində müstəqil Azərbaycan keçid dövrünü başa vuraraq, yeni inkişaf mərhələsinə qədəm qoymuş, etibarlı tərəfdaş kimi dünyada yüksək nüfuza malik olan ölkəyə, regionun bütün siyasiiqtisadi məsələlərinin həllində əvəzolunmaz iştirakçıya və əsas söz sahibinə çevrilmişdir. Bu gün ölkəmiz böyük transmilli layihələrin təşəbbüskarı və aparıcı iştirakçısıdır, kosmosa peyk çıxaran dövlətlər sırasına daxil olmuşdur, BMT Təhlükəsizlik Şurasının üzvüdür, Davos, Krans-Montana, mədəniyyətlərarası humanitar forumların, beynəlxalq müsabiqələrin və digər beynəlxalq əhəmiyyətli tədbirlərin keçirildiyi bir məkandır, həmçinin ölkəmiz birinci Avropa Oyunlarına ev sahibliyi edəcəkdir.

 

Vurğulanmışdır ki, dünyanın aparıcı ölkələrinin ciddi problemlərlə üzləşdiyi bir vaxtda Azərbaycanda makroiqtisadi sabitlik hökm sürür.

Ölkəmizin sosial-iqtisadi inkişafına ciddi töhfələr verən məqsədli dövlət proqramlarının icrası əldə edilmiş nailiyyətlərin əsasında dayanır. Son 10 il ərzində 132 dövlət proqramı təsdiq olunaraq uğurla icra edilmişya edilməkdədir. Bu müddət ərzində ümumidaxili məhsul 3,4 dəfə, onun adambaşına düşən həcmi 3 dəfə, dövlət büdcəsinin gəlirləri 19 dəfə, qeyri-neft sənayesi 2,2 dəfə, kənd təsərrüfatı 1,5 dəfə, informasiya və rabitə sahəsi 9,5 dəfə, tikinti 5,6 dəfə, turizm 12 dəfə, nəqliyyat 2,6 dəfə, ticarət isə 3,2 dəfə artmışdır. Yoxsulluq səviyyəsi son 10 ildə 8 dəfə azaldılaraq 5,5 faizə enmişdir. Hazırda Azərbaycan iqtisadiyyatı Cənubi Qafqaz iqtisadiyyatının 70 faizindən çoxunu təşkil edir.

Qeyd olunmuşdur ki, Azərbaycanın iqtisadi inkişafını təmin edən əsas amillərdən biri yaradılmış əlverişli biznesinvestisiya mühitidir. Azərbaycan dünyanın 150-dən çox ölkəsi ilə ticarət əməliyyatları aparır. 10 ildə xarici ticarət  dövriyyəsi 8,8 dəfə, ixrac 11 dəfə, idxal əməliyyatları isə 5,8 dəfə artmışdır. Bu dinamik inkişafa Azərbaycan Respublikası Prezidentinin ümummilli liderimiz Heydər Əliyevin inkişaf strategiyasına əsaslanan, düşünülmüş və uzaqgörən siyasəti nəticəsində nail olmaq mümkün olmuşdur.

Vurğulanmışdır ki, andiçmə mərasimindəki proqram xarakterli çıxışında Prezident iqtisadiyyatın diversifikasiyasının sürətləndirilməsini, ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsini, sənayenin, informasiya-kommunikasiya texnologiyalarının, sahibkarlığın və digər sahələrin daha da inkişaf etdirilməsini, əhalinin həyat səviyyəsinin davamlı olaraq yüksəldilməsini prioritet vəzifə kimi irəli sürmüşdür.

Ulu öndər Heydər Əliyevin müəllifi olduğu neft strategiyası çərçivəsində həyata keçirilmiş Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri kimi möhtəşəm transmilli layihələr bu gün regionun və Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayır. Bu strategiyanın davamı olaraq Trans-Anadolu  Trans-Adriatik qaz kəmərləri üzrə razılaşmaların əldə edilməsi, XXI əsrin kontraktı adlandırılan "Şahdəniz-2" layihəsi üzrə investisiya sazişinin imzalanması Azərbaycanı dünyanın böyük təbii qaz təchizatçılarından  birinə çevirəcək, bununla da hələ uzun illər xalqımızın rifahına öz əhəmiyyətli töhfəsini verəcəkdir.

Qarşıdakı illərdə də diversifikasiya siyasəti çərçivəsində qeyri-neft sənayesinin inkişafı prioritet vəzifələrdən biri olacaqdır. Sumqayıt Texnologiyalar Parkı və sürətlə yaradılmaqda olan Kimya Sənaye Parkının, eləcə də Balaxanı Sənaye Parkının fəaliyyətə başlaması yeni məhsul istehsalının və müasir texnologiyalardan istifadənin genişləndirilməsini, rəqabətqabiliyyətli məhsul istehsalının, ölkənin ixrac imkanlarının artırılmasını və xarici investisiyaların cəlb olunmasını təmin edəcəkdir.

Qeyd olunan tədbirlər nəticə etibarilə "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasında müəyyən edilmiş vəzifələrin, o cümlədən 2020-ci ilədək ölkədə qeyri-neft sektorunun inkişafı hesabına ÜDM-in həcminin iki dəfə artırılmasının, Azərbaycanın ümumi milli gəlir təsnifatına görə "yuxarı orta gəlirli" ölkələr arasında və BMT İnkişaf Proqramının İnsan İnkişafı ilə bağlı təsnifatına əsasən "Yüksək insan inkişafı" ölkələri qrupunda ön sıralara yüksəlməsini təmin edəcəkdir.

Konfransda çıxış edən maliyyə naziri Samir Şərifov demişdir ki, yeni dövrün hədəfləri seçilərkən ötən illərin təcrübəsinə nəzər salınmalı, əldə edilən uğurlarla yanaşı nöqsanlar da təhlil olunmalıdır ki, gələcəkdə görüləcək işlərdə problemlər meydana çıxmasın.  Bu baxımdan tarixə çevrilmiş ötən 10 ildə həyata keçirilmiş bütün layihələr olduqca uğurludur. Çünki Prezident İlham Əliyev ölkəmizin yeni inkişaf modelini hazırlayarkən Heydər Əliyev siyasi kursuna sadiq qalaraq iqtisadi amili əsas götürmüş, insan inkişafını diqqət mərkəzində saxlamışdır. Ötən müddət ərzində Azərbaycan borc alan dövlətdən borc verən dövlətə, investisiya axtaran dövlətdən investisiya yatıran dövlətə çevrilmiş, keçid dövrünü uğurla başa vurmuşdur. Bu illər ərzində Azərbaycan iqtisadiyyatına 150 milyard sərmayə qoyulmuş, sahibkarlıq subyektlərinə 1,2 milyard manat güzəştli kreditlər verilmişdir.

Nazir bildirmişdir ki, 2003-2013-cü illər ərzində büdcə təşkilatlarında çalışanların əməkhaqlarının artırılması ilə əlaqədar 12, pensiya və müavinətlərin artırılması ilə bağlı 8 sərəncam imzalanmışdır. Prezidentin əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətindəki sərəncamları dövlət büdcəsinin sosial yönümlü olduğunu deməyə əsas verir. Təsadüfi deyildir ki, beynəlxalq iqtisadi qurumlar tərəfindən aparılan tədqiqatlara əsasən Azərbaycan insan inkişafına görə qabaqcıl dövlətlər sırasına daxil olmuşdur. Uğurla başa vurduğumuz ötən 10 ildə Azərbaycanın milli mühasibatlıq standartı yaradılmışdır ki, bu həm dövlət büdcəsinin, həm də icmal büdcənin vəsaitlərinin şəffaflıqla xərclənməsini təmin etmişdir.

Qeyd olunmuşdur ki, növbəti illərdə Azərbaycanda iqtisadi imkanların genişləndirilməsi, gənclərin sosial ipoteka kreditləri ilə təmin edilməsi, qeyri-neft sektorunun daha da inkişaf etdirilməsi kimi məsələlər öz həllini tapacaqdır. Bu nailiyyətlərin əldə edilməsinə Heydər Əliyevin siyasi kursu zəmin yaratmışdır. Bu siyasətin Prezident İlham Əliyev tərəfindən müasir dövrün tələblərinə uyğun şəkildə davam etdirilməsi Azərbaycanın inkişafında başlıca amil olmuşdur.

YAP Siyasi Şurasının üzvü, rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov çıxışında bildirmişdir ki, "qara qızıl"ın insan kapitalına çevrilməsi istiqamətində Prezident İlham Əliyev tərəfindən həyata keçirilən və qeyri-neft sektorunun inkişafına yönəlmiş siyasətin əsas sütunlarından birini də ölkəmizdə müasir informasiya-kommunikasiya texnologiyalarının (İKT) inkişafı etdirilməsi təşkil edir. Bu gün Azərbaycanda İKT-nin inkişafı bir çox beynəlxalq təşkilat tərəfindən yüksək qiymətləndirilir. Dünya İqtisadi Forumunun hesabatına əsasən, Azərbaycan internetin inkişafına görə MDB və Mərkəzi Asiya ölkələri arasında 70 faizlik göstərici ilə birinci yerdədir. Eyni zamanda internetin əlçatanlığına görə ölkəmiz dünyada 20-ci yerdə qərarlaşmışdır.

Kosmik məkana çıxışı olan dövlətlərin sırasında yer tutan Azərbaycan son altı ayda birinci süni peykinin fəaliyyətindən təxminən 10 milyon dollar gəlir əldə etdiyini diqqətə çatdıran nazir vurğulamışdır ki, bu gün Azərbaycanda İKT-dən əldə edilən gəlir təxminən 2 milyard dollardır və 2020-ci ilə qədər bu göstəricinin 8,5 milyard dollara çatacağı gözlənilir. Beləliklə, hədəf ümumidaxili məhsulun formalaşmasında İKT-nin payını 10 faizə çatdırmaqdır.  Buna nail olmaq üçün orta illik artımın 15-18 faiz təşkil etməsi planlaşdırılmışdır. Ümumiyyətlə, telekommunikasiya, internetradio-televiziya yayım infrastrukturunun inkişafı əsas hədəflər sırasına daxildir. 2020-ci ilədək dövlətin əhaliyə təqdim etdiyi xidmətlərin bütünlüklə "Elektron Hökumət" vasitəsilə həyata keçirilməsi, əhalinin elektron xidmətlərdən istifadə səviyyəsinin 80 faizə çatdırılması nəzərdə tutulmuşdur.

Rabitə və informasiya texnologiyaları naziri bildirmişdir ki, 2020-ci ilədək İKT sahəsinə dövlət tərəfindən 3-3,3 milyard dollar, özəl sektor tərəfindən də təxminən eyni həcmdə sərmayə yatırılacağı gözlənilir.

Çıxışlardan sonra konfrans bədii proqramla davam etdirilmişdir.

 

Azərbaycan.-2013.- 24 dekabr.- S.6.