Gəncliyin şəriksiz lideri

 

Azərbaycan gənclərinin sağlam ruhda böyüməsi və ölkəyə layiqli vətəndaşlar kimi yetişməsi üçün ötən illər ərzində ölkə rəhbərliyi tərəfindən ardıcıl və sistemli tədbirlər həyata keçirilib. Prezident İlham Əliyev son 10 ildə gənclərimizin hərtərəfli inkişafı, onların intellektual səviyyəsinin yüksəldilməsi üçün bütün imkanlardan istifadə edir. Azərbaycan gəncliyi ictimai həyatın bütün bölmələrində aktiv fəaliyyəti ilə seçilir, siyasi, iqtisadi, humanitar, sosial tədbirlərin həyata keçirilməsində mühüm rol oynayır. Dövlətin gənclərin fəaliyyəti üçün yaratdığı geniş imkanlar sayəsində bu təbəqə cəmiyyətin avanqard qüvvəsinə çevrilib. Bu fikirləri həmsöhbəti olduğumuz fəal gənclər də birmənalı təsdiqlədilər.

 

 

 

 

 

 

 

Prezidentin uğurlu diaspor siyasəti gənclərimizi

 vahid məfkurə ətrafında səfərbər edib

 

 

 

Anar TAHİROV,

 

"Ukrayna Azərbaycanlı Gənclər Birliyi" İctimai Birliyinin sədri, siyasi elmlər üzrə fəlsəfə doktoru:

 

 

- Xarici ölkələrdə yaşayan azərbaycanlıların sıx təşkilatlanması, onların vasitəsilə Azərbaycanla bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, habelə xaricdə yaşayan soydaşlarımızın milli özünəməxsusluğunu qoruması və inkişaf etdirməsi, onların problem və qayğılarının həlli, bir-biri ilə və tarixi vətənləri ilə əlaqələrini genişləndirmək diaspor siyasətinin prioritet istiqamətləridir. Azərbaycan hakimiyyəti bu istiqamətdə üzərinə düşən tarixi missiyanı məsuliyyətlə yerinə yetirir, sistemli və ardıcıl siyasət yeridir.

Görülən işlərə nəzər salarkən fəxrlə deyə bilərik ki, uğurlu diaspor siyasəti dünya azərbaycanlılarını bir məfkurə - azərbaycançılıq ideyası ətrafında sıx birləşdirir. Bu istiqamətdə ulu öndər Heydər Əliyevin müəyyən etdiyi siyasi kursun Prezident İlham Əliyev tərəfindən layiqincə davam etdirilməsinin nəticəsi olaraq son illərdə diaspor quruculuğu işinin təkmilləşdirilməsi sahəsində görülən işlər daha da genişləndirilmişdir. Diaspor təşkilatlarımızın fəallığının artması, azərbaycanlıların həmrəyliyi siyasətinin geniş miqyas alması Prezident İlham Əliyevin əsas diqqət mərkəzində saxladığı mühüm məsələlərdir. Xarici ölkələrə rəsmi səfərləri çərçivəsində həmişə Azərbaycan diasporu ilə görüşlərə böyük yer ayıran, soydaşlarımızla söhbətlər aparan dövlət başçısı dəfələrlə bəyan etmişdir ki, Azərbaycan dövlətinin güclü olması dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlıların da mövqeyini möhkəmləndirir.

Bunun konkret təzahürünü Ukraynada fəaliyyət göstərən Azərbaycan diasporunun timsalında görmək mümkündür. İndiyədək Azərbaycan və Ukrayna prezidentləri dəfələrlə qarşılıqlı səfərlər ediblər. Azərbaycan Prezidenti İlham Əliyevin bu yaxınlarda Ukraynaya etdiyi rəsmi səfər isə iki ölkə arasındakı dostluqstrateji tərəfdaşlıq münasibətlərinin növbəti göstəricisi idi.

Ukraynadakı Azərbaycan diaspor təşkilatları Prezident İlham Əliyevin səfərini yaxından izlədilər. Bu ölkədə 500 minə yaxın azərbaycanlı yaşayır və əksər vilayətlərdə onların diaspor təşkilatları fəaliyyət göstərir. Ümumiyyətlə, xarici ölkələrdə fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatları arasında Ukraynadakı azərbaycanlıların təşkilatları mütəşəkkilliyi və fəallığı ilə fərqlənir. Heydər Əliyevin tövsiyələrinə layiqincə əməl edən diaspor təşkilatlarımız Ukraynanın ictimai-siyasi həyatında fəal iştirak edir, Azərbaycanla Ukrayna arasındakı dostluğun daha da möhkəmlənməsinə böyük töhfələr verirlər.

Müstəqil Azərbaycan Prezidenti İlham Əliyev dünya azərbaycanlılarının həmrəyliyini daha da möhkəm etmək üçün üzərinə düşən tarixi missiyanı çox böyük məsuliyyətlə yerinə yetirir. Təbii ki, bu istiqamətdə diaspor təşkilatlarının da üzərinə böyük vəzifələr düşür. "Ukrayna Azərbaycanlı Gənclər Birliyi" İctimai Birliyi də məhz bu prizmadan çıxış edərək azərbaycanlıların təşkilatlanmasına və Ukrayna cəmiyyətinə inteqrasiyasına, habelə Azərbaycan-Ukrayna əlaqələrinin inkişafına töhfələrini verir.

Prezident İlham Əliyevin keçirdiyi görüşlərdə iştirak etmək şərəfi mənə də nəsib oldu. Dövlət başçısı bizə diaspor hərəkatımızı daha da möhkəmləndirmək barədə dəyərli tapşırıq və tövsiyələrini verdi. Əminik ki, qarşıdakı dövrdə bu tapşırıq və tövsiyələri uğurla həyata keçirəcək, Prezident İlham Əliyevin uğurla gerçəkləşdirdiyi diaspor siyasətinə Ukraynada yaşayan biz azərbaycanlılar da layiqli töhfələrimizi verəcəyik.

 

 

 

Prezident İlham Əliyevin gənclərə göstərdiyi

 qayğı bizim məsuliyyətimizi daha da artırır

 

 

 

Amil CAVADOV,

 

Yeni Azərbaycan Partiyası Ağdam rayon təşkilatının sədr müavini, Gənclər Birliyinin sədri:

 

 

 

- Bu gün Azərbaycanda gənclərə önə çıxmaq, öz kreativ ideyalarını həyata keçirmək, ölkədə və xaricdə təhsil almaq, peşəkar kadr kimi yetişmək imkanları yarardılıb və bütün bunlar Prezident İlham Əliyevin siyasi iradəsini ifadə edir. Təkcə son beş ildə gənclərlə bağlı dövlət proqramlarının qəbulu, gənclərin fəaliyyətinin stimullaşdırılması istiqamətində həyata keçirilən çoxsaylı layihələr bunun bariz nümunəsidir.

Xüsusi olaraq qeyd edim ki, bu gün Yeni Azərbaycan Partiyası gənclərin potensialından maksimum istifadə edir, onlar üçün geniş meydan açır və imkanlarının üzə çıxmasına əlverişli şərait yaradır. Onların intellektual inkişafına dəstək göstərilməsi, cəmiyyət həyatında fəal iştirakının təmin edilməsi, ümummilli məsələlərin həllinə cəlb olunması, beynəlxalq əlaqələrinin genişlənməsi YAP-ın gənclər siyasətinin aparıcı istiqamətləridir. Prezident İlham Əliyevin diqqət və qayğısı Azərbaycan gənclərini fəallaşdırır, onların özünü realizə etmək imkanlarını genişləndirir. Gənclərlə bağlı ictimai müzakirələrin keçirilməsi, dövlət proqramının qəbul olunması, gənclər forumunun təsis edilməsi, gənclərin dövlət vəsaiti hesabına dünyanın aparıcı ali məktəblərində təhsil almalarına şərait yaradılması, gənclər mərkəzlərinin yaradılması və digər tədbirlər dövlətin gənclər siyasətində sistemli yanaşmanın olduğunu göstərir. Məhz ona görə də Azərbaycan gəncliyinin oktyabr ayının 9-da keçirilən prezident seçkilərində bir seçimi var idi - İLHAM ƏLİYEV. Bu seçimin nə dərəcədə düzgün olduğunu Azərbaycan xalqı da təsdiqlədi.

Ulu öndər Heydər Əliyev tərəfindən Azərbaycanda hüquqi dövlət, sivil vətəndaş cəmiyyəti və azərbaycançılığı ehtiva edən milli birlik yaratmaq məqsədilə təsis olunan YAP bu gün ölkəmizin ictimai-siyasi həyatında yaxından iştirak edən minlərlə gənci öz ətrafında birləşdirir. YAP dövlətinə, millətinə bağlı olanbu amalla çalışan hər bir gənc üçün vətənpərvərlik məktəbidir. Partiyamız gənclərin ictimai-siyasi həyatda rolunun artırılması, onların layiqli vətəndaş kimi yetişməsi, elmi biliklərinin daha da təkmilləşdirilməsi, həmçinin asudə vaxtlarının səmərəli təşkili istiqamətində də bir çox layihələr həyata keçirmişbu istiqamətlərdə işlər davam etdirilir.

Prezident İlham Əliyevin 2011-ci ilin aprel ayında imzaladığı Sərəncama əsasən, bu gün icrası davam etdirilən "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramı da dövlətin biz gənclərə olan sonsuz diqqətinin nümunəsidir. Hesab edirəm ki, Prezident İlham Əliyevin biz gənclərə göstərdiyi bu qayğı və diqqət məsuliyyətimizi daha da artırır.  İnanıram ki, Azərbaycan gəncliyi ona olan bu etimadı bu gün olduğu kimi, gələcəkdə də doğruldacaq.

 

 

 

İlham Əliyevin ətrafında sıx birləşmişik

 

 

 

Elmar İBADOV,

gənc fəal, BDU-nun şərqşünaslıq fakültəsinin I kurs tələbəsi:

 

 

 

- Dövlət tərəfindən gənclərə göstərilən yüksək diqqət və qayği ildən-ilə artırılmaqdadır. Prezident İlham Əliyevin ölkədə ararilan kadr islahatları zamanı gənclərə göstərdiyi etimad bu baxımdan diqqəti cəlb edir. Bu, biz gənclərə də əlavə stimul verir.

Son illər həyata keçirilən tədbirlər gənclərin hərtərəfli inkişafının təmin olunması üçün siyasi, sosial-iqtisadi, təşkilati-hüquqi şərait və təminatların yaradılmasını sürətləndirmiş, onların ictimai-siyasi fəallığının artmasına kömək etmişdir. Bakıda Gənclər Mərkəzinin, regionlarda "Gənclər evi"nin inşa edilməsi üçün müvafiq addımlar atılıb. Prezident İlham Əliyev tərəfindən "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramı haqqında Sərəncam imzalanmışdır. Gənclər siyasəti ilə bağlı elm, təhsil, mədəniyyət və digər sosial sahələrə yönələn fəaliyyətlərin stimullaşdırılması məqsədilə Gənclər Fondu da yaradılıb.   

 Hazırda ölkədə 200-ə yaxın gənclər təşkilatı, 20-dən artıq ali məktəbdə fəaliyyət göstərən tələbə gənclər təşkilatları var. Onların əhatə etdikləri məsələlər də kifayət qədər genişdir: gənclərin vətənpərvər ruhda tərbiyəsi, işsizliyin azaldılması, sağlamlığı, təhsili, fəal vətəndaş mövqeyi, mədəniyyətin geniş kütlələr arasında təbliği və s. məsələlər kifayət qədər aktualdır.

Ötən 10 ildə Azərbaycanda gənclər siyasəti uğurla davam etdirilmişdir. Ölkə başçısının uzaqgörən siyasəti ilə ölkəmizdə ictimai-siyasi sabitlik, iqtisadi yüksəliş, milli-mədəni dirçəliş təmin edilmişdir. Gənclərimiz Vətənin tərəqqisi naminə dövlət başçısının daxilixarici siyasətinə tam dəstək verir, qarşıya qoyulmuş vəzifələri həyata keçirmək üçün qüvvə və bacarıqlarını əsirgəmirlər. 9 oktyabr prezident seçkilərində səsvermədə gənclərin xüsusi fəallıq nümayiş etdirməsi bunu bir daha təsdiqləmişdir.

Seçkilərdə xalqın böyük etimadını qazanaraq növbəti beş il müddətində dövlət başçısı seçilmiş cənab İlham Əliyevin son 10 illik fəaliyyəti Azərbaycanı davamlı uğurlara aparan mövcud siyasi strategiyanın varisliyinin təmin olunmasında yeni mərhələnin başlanğıcı kimi də dəyərləndirilə bilər. 9 oktyabr seçkilərində ölkə vətəndaşları növbəti dəfə Heydər Əliyev siyasi kursunun təntənəsinə, bu kursun son 10 ildə Azərbaycana gətirdiyi böyük uğurlara səs vermişlər. Cəmiyyətdəki mütləq çoxluğun siyasi iradəsinə əsaslanan bu seçim, eyni zamanda, Azərbaycanda davamlı inkişaf və tərəqqiyə, mənəvi-intellektual yüksəlişə zəmin yaratmış siyasi kursun alternativsizliyinin əyani təzahürünə çevrilmişdir.

Prezident seçkilərinin nəticələri bir tərəfdən ölkəmizdə gedən ictimai-siyasi, iqtisadi proseslərin məntiqi, digər tərəfdən Heydər Əliyev siyasi kursunun varisliyinin təmini zərurətini birmənalı qəbul edən cəmiyyətin sosial sifarişini, istəyini əks etdirmişdir. Cənab İlham Əliyev bu seçkilərdə vətəndaşlarımız qarşısına Heydər Əliyevin idarəçilik sistemində formalaşan, ona rəhbərlik missiyasını məharətlə davam etdirməyə qadir olan alternativsiz lider, eyni zamanda, dövlətin tərəqqisinə böyük töhfələr vermiş nüfuzlu siyasi lider kimi çıxmışdı. Cənab İlham Əliyevin şəxsində Azərbaycan xalqı bir daha sülhə, sabitliyə, tərəqqiyə səs vermiş, ulu öndərin əsasını qoyduğu milli dövlətçilik ənənələrinə sadiqliyini nümayiş etdirmişdir.

Biz gənclərin Heydər Əliyev siyasi kursundan, İlham Əliyev siyasətindən başqa seçimimiz yoxdur. İndiyə qədər olduğu kimi, bundan sonra da - daim Prezident İlham Əliyevin ətrafında sıx birləşəcək, onun müəyyənləşdirdiyi ideyalar əsasında Azərbaycana xidmət edəcəyik.

 

 

 

Gələcəyimizin etibarlı təminatçısı

 

 

 

Əli ƏLİYEV,

 

Ankara Hacəttəpə Universitetinin iqtisadiidari fakültəsinin II kurs tələbəsi, ASAİF-nin Ankara təmsilçisi:

 

 

- Təhsil və elm gələcəyə açılmış qapılar deməkdir. Prezident İlham Əliyev Azərbaycan xalqının intellektual gələcəyini təmin etməyin yeganə yolunu məhz bu sahələrin ən müasir tələblər səviyyəsinə çatdırılmasında görür. İnkişaf etmiş ölkələrin təcrübəsi də göstərir ki, ixtisaslı kadrların hazırlanmasına qoyulan investisiyalar insanın formalaşmasına qoyulan investisiya sayılır. Başqa sözlə, bu, insana kapital qoyuluşu da adlandırılır və belə investisiyalar insan kapitalı yaradır. Müasir dövrdə bu növ investisiyalar rəqabətdə üstun olmağın həlledici amili sayılır. İnsana kapital qoyuluşu - insanların mütəxəssis kimi hazırlanmasına qoyulan investisiyadır. Dünya təcrübəsində insana kapital qoyuluşu ən çox gəlir gətirən investisiya hesab olunur. Prezident İlham Əliyevin "Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil almasına dair Dövlət Proqramı haqqında" Sərəncamı da insan kapitalının inkişafı baxımından mühüm əhəmiyyət daşıyır. Bu Sərəncam əsasında "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" hazırlanaraq Azərbaycan Prezidentinin Sərəncamı ilə təsdiq olunmuşdur. Azərbaycanlı tələbələrin xaricdə təhsilini təmin etməkdə əsas məqsəd, şübhəsiz, bütün sahələrdə sürətlə inkişaf edən Azərbaycan üçün yüksək səviyyəli kadrların hazırlanmasıdır.

 

Azərbaycan Prezidentinin "Azərbaycan Milli Elmlər Akademiyasının gənc alimlərinin Avropanın elmi mərkəzlərində doktorantura təhsilinin maliyyələşdirilməsi haqqında" 2010-cu il 9 fevral tarixli Sərəncamı isə respublikada elmi tədqiqatların müasir standartlar səviyyəsində aparılmasını, ölkənin elmi kadr potensialının artırılmasını və Azərbaycan elminin beynəlxalq elm məkanına inteqrasiyasının təmin olunmasını daha da sürətləndirmək məqsədi daşıyır.

 Xaricdə Təhsil Alan və Məzun Olmuş Azərbaycanlı Gənclər Forumunda (ASAİF) birləşən gənclərin həyata keçirdikləri fəaliyyət də təsdiq edir ki, azərbaycanlı gənclər dövlətin onlara göstərdiyi etimadı layiqincə doğruldur, istər təhsil aldıqları ölkələrdə, istərsə də çalışdıqları sahələrdə öz əməlləri ilə bunu təsdiq edirlər.

ASAİF hər hansı bir ixtisasya dar maraqlar çərçivəsinə xidmət edən yox, bütün gənclərin maraqlarını öz maraqları kimi qəbul edən, onlara bu sahədə dəstək göstərən, dövlət strukturları ilə gənclər arasında körpü rolunu məharətlə yerinə yetirən, hər bir gəncin dilində danışa bilən və hər bir gənc azərbaycanlının özünü tapa biləcəyi təşkilatdır. Məqsədi xaricdə təhsil alan, məzun adını qazanmış gəncləri şəbəkələşdirmək və bunun vasitəsilə Azərbaycanı dünyada layiqincə təmsil etməkdir. Qlobal beynəlxalq forumlar təşkil edən ASAİF böyük bir beyin sərvəti olan minlərlə azərbaycanlı gənci öz çətiri altında birləşdirərək, onları dövlətimizin və xalqımızın maraqları naminə səfərbər edərək 40-dan çox ölkədə uğurla təmsil olunur. Bu insanların hər birini düşündürən əsas məsələ dünyanın ən qabaqcıl biliklərinə sahib olmaq və Azərbaycanın inkişafına töhfə verməkdir. Əminəm ki, tezliklə bu töhfələrin bəhrəsini lap yaxından görəcəyik.

Prezident seçkilərində ASAİF-nin Türkiyə təmsilçiləri də fəal iştirak edərək Prezident İlham Əliyevin seçki platformasının təbliği, gənclərin seçki fəallığının artırılması, maarifləndirilməsi işində yaxından iştirak etdilər.  Həyata keçirdiyimiz əsas işlərdən biri bu ölkədə təhsil alan tələbələrin səsvermələrinə yardım etməkdən ibarət oldu. Qeyd edim ki, Türkiyənin iki şəhərində - İstanbuldaAnkarada müvəqqəti səsvermə məntəqələri yaradılmışdı. Türkiyədə təhsil alan yüzlərlə azərbaycanlı gənc oktyabrın 9-da bu məntəqələrə gələrək səs vermək hüquqlarından istifadə etdilər. Növbəti prezident seçkiləri Azərbaycan gənclərinin şəriksiz lideri cənab İlham Əliyevin böyük qələbəsi ilə başa çatdı. Bu seçki Azərbaycan dövlətinin və xalqının demokratiya yolu ilə inamla irəlilədiyini bir daha dünyaya nümayiş etdirdi. Seçkilər bütün parametrləri ilə Azərbaycanın siyasi tarixinə ən demokratik, şəffaf, ədalətli və azad seçkilər kimi düşdü. Azərbaycan xalqı özünün tarixi və ən doğru seçimini edərək cənab İlham Əliyevin ətrafında birləşdi, onun həyata keçirdiyi siyasətin davam etdirilməsinə səs verdi.

ASAİF-də birləşən gənclər bundan sonra da Heydər Əliyev siyasi kurusunun layiqli davamçısı Prezident İlham Əliyevin apardığı daxili və xarici siyasəti dəstəkləyəcək, Vətənimizin tərəqqisi naminə üzərlərinə düşən bütün vəzifələri layiqincə yerinə yetirəcəklər.

 

 

 

İlham Əliyev Azərbaycanı idman ölkəsinə çevirib

 

 

 

Ruslan ABIŞOV,

Milli komandanın və Rusiyanın "Rubin" (Kazan) klubunun futbolçusu: 

 

 

 

- Prezident İlham Əliyevin rəhbərliyi altında son 10 ildə qazanılmış böyük nailiyyətlər hər bir azərbaycanlı kimi, ölkənin idman ictimaiyyətini də ürəkdən sevindirir, böyük qürur hissi yaradır. Cənab Prezidentin iki ay öncə seçkilərdəki layiqli qələbəsinə səs verənlər, ən əsası bu halallayiqli qələbəyə ürəkdən sevinənlər sırasında idmançıların xüsusi yeri var. Səbəb hər kəsə gün kimi aydındır: dövlət başçısı həm də Milli Olimpiya Komitəsinin rəhbəri kimi Azərbaycan idmanının inkişafı üçün daim əzmlə, səylə çalışıb, beynəlxalq yarışlarda üçrəngli Bayrağımızın dalğalanması üçün əlindən gələni əsirgəməyib.

Fəxr edirik ki, bu gün uğurlu idman siyasətinin nəticəsi olaraq Azərbaycan dünyanın idman ictimaiyyəti tərəfindən ciddi tərəfdaş, idmançılarımız isə əsas rəqib kimi qəbul olunurlar. Beynəlxalq idman təşkilatlarının istəyi ilə Azərbaycanda onlarca Olimpiya lisenziyalı beynəlxalq turnir, mötəbər yarış, dünyaAvropa çempionatları keçirilib. Prezident İlham Əliyevin Olimpiya oyunları və Bakıda keçirilən Beynəlxalq turnirlər zamanı idmançılarımızın çıxışlarını birbaşa zalda izləməsi isə onlara göstərilən ən böyük mənəvi dəstəkdir.

İdman müasir dövrdə siyasətin ayrılmaz tərkibi olub, ölkəni tanıtmağın ən önəmli vasitələrindəndir. Azərbaycan dövlətinin üçrəngli Bayrağını ucaldan, himnini səsləndirən hər bir idmançı dövlətimizin, xalqımızın qürurudur.

Tam əminliklə deyə bilərik ki, ölkəmizdə idmanın bütün növlərinin, o cümlədən futbolun inkişafı üçün dövlət tərəfindən hərtərəfli şərait yaradılıb. Prezident İlham Əliyev tərəfindən 10 oktyabr 2005-ci il tarixdə imzalanmış "Azərbaycan Respublikasında 2005-2015-ci illərdə futbolun inkişafına dair Dövlət proqramı" müasir Azərbaycan futbolunun inkişaf tarixində yeni mərhələnin əsasını qoymuş, komandaların tərkibində alt qrupların yaradılması və uşaq futboluna diqqətin artırılması əsas hədəflərdən biri kimi qəbul olunub. Dövlət Proqramının müddəalarına əsasən, AFFA tərəfindən həyata keçirilən tədbirlər nəticəsində futbolumuzda uğurlar qazanılıb və daha böyük nailiyyətlərin təməli qoyulub.

Fərəhli haldır ki, AFFA-nın gördüyü işlər nəticəsində milli komandamızın beynəlxalq yarışlardakı nəticələri də illər ötdükcə daha da yaxşılaşır. Misal olaraq,  DÇ-2014-ün seçmə mərhələsinin qrupunda əldə edilmiş nəticəni göstərmək olar. Yığmamız  ilk dəfə olaraq seçmə mərhələlər tarixində 9 xal toplayaraq qrupu 4-cü pillədə başa vurub.

Bütün bunlar bir daha onu deməyə əsas verir ki, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında digər idman növlərində olduğu kimi, futbolun layiqli mövqelərə yüksəlməsində də öz töhfəsini verməkdə davam edir. Dövlət başçısının diqqəti və qayğısı futbolun da hərtərəfli inkişafı üçün zəmin yaradır və əminlik verir ki, uğurlu xaricidaxili siyasət sayəsində iqtisadi inkişaf tempinə görə dünya liderləri sırasında yer alan Azərbaycan futbolda da öz sözünü deyəcək.

 

 

 

Böyük nailiyyətlərimizin səbəbkarı

 

 

 

Vüqar NAMAZOV,

Ağırlıqqaldırmanın pauerliftinq növü üzrə dünyaAvropa çempionu:

 

 

- Prezident İlham Əliyevin rəhbərliyi altında son 10 ildə möhtəşəm inkişaf yolu keçən Azərbaycan dövlətçiliyini inkişaf etdirib, siyasiiqtisadi müstəqilliyini daha da möhkəmləndirib. Sürətli iqtisadi inkişaf dinamikası nümayiş etdirən, liberal prinsiplərə əsaslanmış iqtisadi modelini yaradan Azərbaycanın bu dövrdə həm regional, həm qlobal miqyasda nüfuzu yüksəlib, ölkəmizin geoiqtisadigeosiyasi rolu artıb.

İdmançı olduğum üçün bu sahədə görülən işlərə xüsusilə toxunmaq istəyirəm. Ümumiyyətlə, dinamik inkişaf edərək regionun lider dövləti statusunu təmin edən Azərbaycan artıq müxtəlif mövzulu - siyasi, iqtisadi, mədəni, humanitar tədbirlərin keçirildiyi məkana çevrilib. Sevindirici haldır ki, Azərbaycanın beynəlxalq  idman tədbirlərinin də keçirildiyi ünvana çevrilməsi reallıqda özünü göstərən həqiqətdir. İdman sahəsində gerçəkləşdirilən dövlət siyasəti, Olimpiya ideallarının təbliği, idmanın maddi-texniki bazasının möhkəmləndirilməsi, tikilmiş müasir Olimpiya kompleksləri və digər tədbirlər nəticəsində ölkəmiz mötəbər beynəlxalq idman yarışlarının keçirildiyi məkan kimi şöhrət qazanıb.

Artıq indiyədək bir sıra ali, mötəbər idman tədbirləri ölkəmizdə keçirilibbu da Azərbaycanın idman sahəsindəki uğurlarının, dövlətin bu sahəyə qayğısının nəticəsidir. İndi Azərbaycan təkcə müəyyən kateqoriyalı beynəlxalq yarışların deyil, eyni zamanda, qitə və dünya çempionatlarının keçirildiyi dövlətdir. Bu tədbirlərin keçirilməsi üçün ölkəmizdə təşkilati baxımdan yüksək şərait, imkan var. Bunu dünya idman təşkilatları təsdiqləyir və bu səbəbdən də yarışlar reallaşır. İndiyədək Bakıda bədii gimnastika, boks, bodibildinq, güləş, həndbol, şahmat və idmanın digər növləri üzrə onlarca beynəlxalq yarışların, turnirlərin keçirilməsi, Olimpiya oyunlarına ev sahibliyi hüququnun qazanılması bunu təsdiq edir. Bütün bu uğurlar ötən 10 ildə Azərbaycanın idman şöhrətini daha da artırıb.

Bu uğurlar Heydər Əliyev ideyalarının yaşamasının, ümummilli liderin siyasi kursunun uğurla davam etdirilməsinin nəticəsidir. Son 10 ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə bütün sahələrdə aparılan uğurlu islahatlar, əldə olunan nəticələr getdiyimiz bu yolun ən düzgünalternativi olmayan yol olduğunu təsdiq edib. Bunu yüksək dəyərləndirən xalqımız Prezident İlham Əliyevin ətrafında daha da sıx birləşməklə Azərbaycanın dünyanın inkişaf etmiş ölkələri sırasında ən layiqli yerini tutmasına nail olmağı ulu öndərin ruhu qarşısında mənəvi borcu sayır. Son prezident seçkisinin nəticəsi bunun növbəti əyani təsdiqi olmaqla yanaşı, bir daha onu göstərdi ki, Heydər Əliyev yolu daimi və əbədidir.

 

Azərbaycan.-2013.- 24 dekabr.- S.12.