Azərbaycanın daha işıqlı sabahına inam yaradan and

 

Son illərdə Azərbaycanın kitab çapı tarixində yeni mərhələ olan miniatür kitablar sırasına daha bir nəşr əlavə olundu. Kitabın "And" adlandırılması heç təsadüfi deyil. Bu, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2013-cü il oktyabrın 19-da andiçmə mərasimindəki nitqinin Azərbaycan, rus ingilis dillərində dərc olunduğu kitabdır.

Oxucu yenidən həmin günə qayıdaraq dövlət başçısının Azərbaycan xalqına müraciətlə dediyi sözləri bir daha xatırlayır: "İlk növbədə, mənə yenidən etimad göstərmiş, Prezident vəzifəsinə seçmiş doğma Azərbaycan xalqına dərin minnətdarlığımı bildirirəm. Azərbaycan xalqını əmin etmək istəyirəm ki, mən bundan sonra da ölkəmizin hərtərəfli inkişafı, xalqımızın rifahı üçün əlimdən gələni əsirgəməyəcəm, doğma xalqımıza bundan sonra da sədaqətlə xidmət edəcəyəm".

Bu, vətənin daha işıqlı sabahına, insanların daha xoş rifahına dərin inam yaradan sözlərdir. Çünki İlham Əliyev Azərbaycana rəbhərlik etməyə başladığı vaxtdan ulu öndər Heydər Əliyev siyasətinə sadiq olduğunu sübut etmiş, ölkəni yeni inkişaf mərhələlərinə çatdırmış, "hər bir azərbaycanlının Prezidenti olacağam" vədini yerinə yetirərək hamının inam rəğbətini qazanmışdır. Xalqın bu inamını görən Prezident demişdir: "Əminəm, Azərbaycan xalqında qəti inam vardır ki, Azərbaycan bundan sonra da yalnız yalnız  inkişaf yolu ilə gedəcəkdir. Çünki son on ilin tarixi bunu deməyə əsas verir".

Sözügedən miniatür kitabın - "And" adı ilə nəşr olunan parlaq nitqin məzmununda ölkənin son illərdəki həyatının bütün sahələri öz əksini tapır. Belə ki, ulu öndər Heydər Əliyevin neft strategiyasının uğurla davam etdirildiyi, Bakı-Tbilisi-Ceyhan neft Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərinin istifadəyə verildiyi, Xəzərdə yeni yataqların kəşf olunduğu, karbohidrogenlərin ixracı yollarının şaxələndirildiyi bir daha xatırlanır.

Bir sözlə, andiçmə mərasimindəki nitq ölkənin son on ildə qazandığı nailiyyətlərə bir baxış beş il bundan sonra görüləcək işlərə vəd inamdır. Beləliklə, kitabı oxuduqca göz önündə Azərbaycanın yüksəlişi bir daha canlanır. Axı son on ildə iqtisadi artım sürətinə görə Azərbaycan qədər inkişaf edən ikinci bir ölkə olmayıb. Bunu beynəlxalq ekspertlər dönə-dönə vurğulayırlar.

Təqdirəlayiq haldır ki, 384 səhifəlik kitabda mətn üç dildə - Azərbaycan, rus ingilis dillərində təqdim olunur.

Kitabın tərtibatı da yüksək səviyyədədir, ilk baxışdan diqqəti cəlb edərək zövq oxşayır.

Kitabın üz qabığında Prezident İlham Əliyevin portreti, nəşriyyat termini ilə desək, forzastda Azərbaycan Respublikasının xəritəsi verilib. Andiçmə mərasimini əks etdirən 12 ədəd rəngli fotonun yerləşdirilməsi kitabı daha maraqlı məzmunlu edir.

Azərbaycan Respublikası "Kitab" Cəmiyyəti tərəfindən buraxılan nəşrə  "H Halal hər şey poliqrafiya üçün" poliqrafiya əşyaları müəssisəsi sponsorluq edib. Kitab "İNDİQO" nəşriyyatının mətbəəsində çap olunub. Formatı 38x53 millimetr olan bu maraqlı nəşr həm stolüstü kitab, həm dəyərli suvenir, həm ezamiyyət, digər işgüzar tədbirlər zamanı istifadə etmək üçün əlverişli formada əyani vəsaitdir.

 

 

İradə ƏLİYEVA,

Azərbaycan.-2013.- 24 dekabr.- S.13.