Prezidentin Mətbuat xidmətinin məlumatı

 

Dekabrın 24-də Türkiyə Respublikasının Prezidenti Abdullah Gül Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng etmişdir.

Abdullah Gül Prezident İlham Əliyevi ad günü münasibətilə təbrik etmiş, ona prezidentlik fəaliyyətində uğurlar və möhkəm cansağlığı arzulamışdır.

Dövlət başçısı göstərilən diqqətə və təbrikə görə Türkiyə Respublikasının Prezidenti Abdullah Gülə minnətdarlığını bildirmişdir.

Söhbət zamanı ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin bundan sonra da uğurla inkişaf edəcəyinə əminlik ifadə olunmuşdur.

 

 

 

AzərTAc

Azərbaycan.-2013.- 25 dekabr.- S.1.