Prezidentin Mətbuat xidmətinin məlumatı
Dekabrın 24-də Ukrayna Prezidenti Viktor Yanukoviç Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng etmişdir.
Ukrayna Prezidenti dövlət başçısını ad günü münasibətilə təbrik etmiş, ona prezidentlik fəaliyyətində yeni-yeni uğurlar və möhkəm cansağlığı arzulamışdır.
Dövlət başçısı göstərilən diqqətə və təbrikə görə Viktor Yanukoviçə minnətdarlığını bildirmişdir.
Azərbaycan
və Ukrayna prezidentləri ikitərəfli münasibətlərimizin
müxtəlif sahələrdə uğurlu inkişafından
məmnunluq ifadə etmiş, Azərbaycan Prezidentinin Ukraynaya
bu ilin noyabrında həyata keçirilmiş səfərinin əlaqələrimizin
daha da möhkəmləndirilməsi baxımından önəmi
qeyd olunmuş, əməkdaşlığımızın
bundan sonra da güclənəcəyinə əminlik
bildirmişlər.
AzərTAc
Azərbaycan.-2013.- 25 dekabr.- S.1.