Prezidentin Mətbuat xidmətinin məlumatı
Dekabrın 24-də Latviya Respublikasının Prezidenti Andris Berzinş Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng etmişdir.
Andris Berzinş Prezident İlham Əliyevi ad günü münasibətilə təbrik etmiş, ona ali dövləti fəaliyyətində uğurlar və möhkəm cansağlığı arzulamışdır.
Dövlət başçısı göstərilən diqqətə və təbrikə görə Latviya Respublikasının Prezidenti Andris Berzinşə minnətdarlığını bildirmişdir.
Söhbət
zamanı prezidentlər ölkələrimiz arasında ikitərəfli
münasibətlərin bundan sonra da uğurla inkişaf edəcəyinə
əmin olduqlarını bildirmişlər.
AzərTAc
Azərbaycan.-2013.- 25 dekabr.- S.1.