Prezidentin Mətbuat xidmətinin məlumatı

 

Dekabrın 24-də Türkiyə Respublikasının X Prezidenti Əhməd Necdət Sezər Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng etmişdir.

Əhməd Necdət Sezər Prezident İlham Əliyevi ad günü münasibətilə təbrik etmiş, ona ali dövlətçilik fəaliyyətində yeni-yeni uğurlar arzulamışdır.

Dövlət başçısı göstərilən diqqətə və təbrikə görə Türkiyə Respublikasının X Prezidenti Əhməd Necdət Sezərə minnətdarlığını bildirmişdir.

 

 

 

AzərTAc

Azərbaycan.-2013.- 25 dekabr.- S.1.