Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə

 

Hörmətli İlham Heydər oğlu!

Doğum gününüz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm. Sizə möhkəm cansağlığı, xoşbəxtlik, ali dövləti fəaliyyətinizdə yeni uğurlar diləyir və ən xoş arzularımı bildirirəm.

Bizim münasibətlərimizi yüksək qiymətləndirirəm. Rusiya və Azərbaycanın dost xalqlarının rifahı naminə səmərəli birgə işimizin davam edəcəyinə əminəm.

Ailənizə mənim ən xoş arzularımı çatdırmağınızı xahiş edirəm.

Hörmətlə,

 

 

 

Vladimir PUTİN,

Rusiya Federasiyasının Prezidenti

Azərbaycan.-2013.- 25 dekabr.- S.2.