Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə

 

Cənab Prezident, əziz qardaşım!

Doğum gününüzü türk xalqı adından və şəxsən öz adımdan səmimi qəlbdən təbrik edirəm.

Dostqardaş Azərbaycan son 10 ildə Sizin müdrik liderliyinizlə inkişaf sahəsində böyük irəliləyiş əldə etmiş və beynəlxalq arenadakı statusunu gücləndirmişdir.

Bu prosesdə gücünü xalqlarımız arasındakı qədim qardaşlıq ənənələrindən alan Türkiyə-Azərbaycan münasibətləri də regionumuz üçün bənzərsiz sabitlik amilinə çevrilmişdir.

Zati-aliləri, prezident seçkilərindən sonra 2013-cü il noyabrın 12-13-də ölkəmizə səfəriniz strateji əhəmiyyətə malik əlaqələrimizin daha da genişləndirilməsinə töhfə vermişdir.

Zati-aliləri, əziz qardaşım, bu xoş fürsətdən istifadə edərək Sizə möhkəm cansağlığı, xoşbəxtlik arzu edir, dostqardaş Azərbaycan xalqına firavanlıq və əmin-amanlıq diləyirəm.

Dərin hörmətlə,

 

 

 

Abdullah GÜL,

Türkiyə Respublikasının Prezidenti

Azərbaycan.-2013.- 25 dekabr.- S.2.