Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham
Əliyevə
Hörmətli cənab Prezident!
Doğum gününüz münasibətilə səmimi təbriklərimi və ən xoş arzularımı qəbul edin.
Dost Azərbaycan son illərdə Sizin rəhbərliyinizlə həyatın bütün sahələrində tərəqqi və firavanlıq yolunda sanballı uğurlar qazanmış, bununla da beynəlxalq aləmdə öz nüfuzunu möhkəmlətmişdir.
Məmnuniyyətlə qeyd etmək istəyirəm ki, ölkələrimiz arasında hüquq bərabərliyi, qarşılıqlı hörmət prinsiplərinə əsaslanan ikitərəfli dostluq və faydalı əməkdaşlıq münasibətləri durmadan inkişaf edir.
Qəti əmin olduğumu bildirirəm ki, Tacikistan ilə Azərbaycan arasında dövlətlərimizin əsas mənafelərinə uyğun olan qarşılıqlı əlaqələr bundan sonra da durmadan genişlənəcək, yeni-yeni sahələri və istiqamətləri əhatə edəcəkdir. Sizi əmin etmək istəyirəm ki, biz bundan sonra da həmin məqsədlərə nail olmaq üçün əlimizdən gələni əsirgəməyəcəyik.
Hörmətli İlham Heydər oğlu, fürsətdən istifadə edib Sizi həm də qarşıdan gələn Yeni il münasibətilə təbrik edirəm. Sizə möhkəm cansağlığı, ölkənizin çiçəklənməsinə yönəlmiş planlarınızın həyata keçməsində böyük uğurlar, qardaş Azərbaycan xalqına isə sülh və firavanlıq diləyirəm.
Dərin hörmətlə,
Emoməli
RƏHMON,
Tacikistan Respublikasının Prezidenti
Azərbaycan.-2013.- 25 dekabr.- S.2.