Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə

 

Zati-aliləri!

Doğum gününüz münasibətilə səmimi təbriklərimi qəbul edin. Bu gün Azərbaycan Sizin rəhbərliyinizlə dinamik və sürətlə inkişaf edən ölkədir. Azərbaycan ilə Gürcüstanı qardaşlıq və mehriban qonşuluq telləri bağlayır. Dövlətlərimiz arasında strateji tərəfdaşlığın inkişafına Sizin çox böyük töhfənizi xüsusi vurğulamaq istəyirəm.

Əminəm ki, çoxəsrlik dostluq və qarşılıqlı dəstək münasibətləri bundan sonra da Gürcüstan ilə Azərbaycan arasında əməkdaşlığın daha da genişlənməsi üçün möhkəm təməl olacaqdır.

Bu əlamətdar gündə Sizə xoşbəxtlik və ali dövləti fəaliyyətinizdə uğurlar arzulayıram.

Hörmətlə,

 

 

 

İrakli QARİBAŞVİLİ,

Gürcüstanın Baş naziri

Azərbaycan.-2013.- 25 dekabr.- S.2.