Azərbaycan Prezidenti İlham Əliyev ATƏT-in Bakı ofisinin rəhbərini diplomatic fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul etmişdir

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 25-də ATƏT-in Bakı ofisinin rəhbəri Koray Tarqayı diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul etmişdir.

Azərbaycanın sürətlə inkişaf edən ölkələrdən biri olduğunu vurğulayan Koray Tarqay ölkəmizdə diplomatların fəaliyyəti üçün yüksək şəraitin yaradıldığını bildirdi.

Görüşdə Azərbaycan Respublikası ilə ATƏT arasında əməkdaşlığın inkişaf perspektivlərinə dair məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

 

 AzərTAc

Azərbaycan.-2013.- 26 dekabr.- S.1.