«Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında» Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

 

Azərbaycan Respublikasının Qanunu

 

 

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 3-cü bəndinə uyğun olaraq qərara alır:

Maddə 1. "Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında" Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu 1997, ¹ 2, maddə 106; 2001, ¹ 12, maddə 731; 2002, ¹ 1, maddə 4; 2004,  ¹ 8, maddə 606, ¹ 9, maddə 666; 2007, ¹ 3, maddə 206, ¹ 6, maddələr 560, 598, ¹ 11, maddə 1078; 2008, ¹ 8, maddə 699, ¹ 11, maddə 960; 2009, ¹ 6, maddə 395; 2010, ¹ 4, maddə 276) 21-ci maddəsinin üçüncü hissəsində "1950" rəqəmləri "2250" rəqəmləri ilə əvəz edilsin.

Maddə 2. Bu qanunun 1-ci maddəsində nəzərdə tutulmuş dəyişiklik 2013-cü il dekabrın 1-dən tətbiq edilir.

 

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 17 dekabr 2013-cü il

Azərbaycan.-2013.- 26 dekabr.- S.1.