Türkiyədə Azərbaycan Respublikasının Prezidenti İlham

Əliyevə həsr olunmuş sərgi yüksək qiymətləndirilmişdir

 

Xəbər verdiyimiz kimi, dekabrın 24-də İstanbuldakı "Çırağan" sarayında "Bir Prezidentin portreti" adlı kitabın təqdimat mərasimi keçirilmişdir.

Mərasimdən əvvəl qonaqlar Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) tərəfindən hazırlanan "Azərbaycan - islam mədəniyyətinin incisi" mövzusunda fotosərgi ilə tanış olmuşlar.

DQİDK-nın mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, Prezident İlham Əliyevin doğum gününə həsr edilmiş sərgidə Azərbaycanda milli-mənəvi dəyərlərin, tarixi irsin qorunması, dövlət başçısı tərəfindən tarixi məscidlərin bərpası və yeni məscidlərin inşası ilə bağlı aparılan geniş fəaliyyət əksini tapmışdır.

Sərgidə, həmçinin ölkəmizdə islam memarlığının, islam dininin yayılmasını tərənnüm edən tarixi məscidlərimizlə yanaşı, son 20 ildə 17-dən 1700-ə çatmış tarixiyeni məscidlərin fotoşəkilləri böyük maraq doğurmuşdur. Bu memarlıq inciləri arasında  Cənubi Qafqazın ilk məscidi - 1918-ci ildə xalqımıza qarşı həyata keçirilmiş soyqırımı zamanı erməni daşnak-bolşevik hərbi birləşmələri tərəfindən yandırılaraq yerlə-yeksan edilmiş, Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamına əsasən bərpa olunaraq yenidən qurulmuşbu ilin may ayında təntənəli açılışı olmuş Şamaxı Cümə məscidi kimi həm tariximizin, həm milli irsimizin, həm də milli təfəkkürümüzün qorunmasını əks etdirən ibadət evlərinin fotoşəkilləri yer almışdır.

Sərgi Türkiyə və digər ölkələrdən dəvət olunmuş ictimai-siyasi xadimlər - Türkiyə Böyük Millət Məclisinin deputatları, media nümayəndələri tərəfindən yüksək qiymətləndirilmişdir.

 

Azərbaycan.-2013.- 26 dekabr.- S.3.