Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə

 

Çox hörmətli İlham Heydər oğlu!

Doğum gününüz münasibətilə səmimi təbriklərimi qəbul edin. Bu xoş gündə Sizə səmimi qəlbdən möhkəm cansağlığı, işinizdə uğurlar, tükənməz yaradıcılıq enerjisi, Azərbaycan xalqının rifahı naminə yeni zəfərlər arzu edirəm.

İkitərəfli əməkdaşlığın inkişaf etdirilməsində Sizin fəal iştirakınız Həştərxan vilayəti ilə Azərbaycan arasında tarixi əlaqələrin və mehriban qonşuluq münasibətlərinin möhkəmlənməsinə hərtərəfli kömək edir.

Əminəm ki, bizim hərtərəfli qarşılıqlı münasibətlərimiz bundan sonra da uğurla inkişaf edəcək və möhkəmlənəcəkdir.

Bu xoş gündə Sizi bir daha ürəkdən təbrik edirəm. Sizə və yaxınlarınıza uğurlar, tükənməz nikbinlik, uzun ömürxoş günlər arzulayıram.

Hörmətlə,

 

 

 

Aleksandr JİLKİN,

Rusiya Federasiyası Həştərxan vilayətinin qubernatoru

Azərbaycan.-2013.- 26 dekabr.- S.2.