Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə

 

Hörmətli İlham Heydər oğlu!

Doğum gününüz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm. Biz Sizi öz ölkəsinin vətənpərvər oğlu və Azərbaycan Respublikasında sülhünsabitliyin qorunub saxlanmasına yönəlmiş, ölçülüb-biçilmiş siyasət yürüdən müdrik siyasi xadim kimi tanıyırıq.

Bizim respublikaya xeyirxah münasibətinizə görə Sizə səmimi qəlbdən dərin minnətdarlığımızı və təşəkkürümüzü bildiririk. Sizə möhkəm cansağlığı, uzun ömür, yaradıcılıq enerjisi, ölkənizdə əmin-amanlıq, çoxşaxəli quruculuq fəaliyyətinizdə uğurlar arzulayırıq.

Hörmətlə,

 

 

 

Ruslan EDELGERİYEV,

Rusiya Federasiyası Çeçenistan Respublikası hökumətinin sədri

Azərbaycan.-2013.- 26 dekabr.- S.2.