Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə

 

Hörmətli İlham Heydər oğlu!

Doğum gününüz münasibətilə Sizi ürəkdən təbrik edirəm. Sizinlə - Şimali Osetiyanın qədim tarixi əlaqələr və səmərəli əməkdaşlıq telləri ilə bağlı olan Azərbaycanın Prezidenti ilə dost olduğumuza görə qürur duyuruq. 2015-ci ildə Azərbaycan ilk Avropa oyunları keçiriləcəyi yer olacaqdır. Şimali Osetiyadan olan idmançıların çoxu Azərbaycan bayrağı altında qürurla çıxış edir və edəcəkdir. Əminəm ki, buna görə bizim dostluğumuz daha da möhkəmlənəcəkdir. Sizə - dost dövlətin başçısına və Milli Olimpiya Komitəsinin prezidentinə möhkəm cansağlığı, ailə xoşbəxtliyi və bütün işlərinizdə uğurlar arzulayıram.

Hörmətlə,

 

 

 

Taymuraz MAMSUROV,

Rusiya Federasiyası Şimali Osetiya - Alaniya Respublikasının rəhbəri

Azərbaycan.-2013.- 26 dekabr.- S.2.