Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham
Əliyevə
Hörmətli İlham Heydər oğlu!
Doğum gününüz münasibətilə Sizi ürəkdən təbrik edirəm. Sizin ömür yolunuz Vətən naminə məqsədyönlü və fədakar fəaliyyət nümunəsidir. Siz Azərbaycan Respublikasının sürətli sosial-iqtisadi inkişafının təmin edilməsi, sülhün və sabitliyin möhkəmlənməsi, ölkə əhalisinin maddi rifahının yüksəldilməsi üçün çox böyük işlər görürsünüz. Əminəm ki, Sizin yüksək peşəkarlığınız, zəngin dövlətçilik təcrübəniz, qətiyyətiniz qarşıya qoyulan məqsədlərə nail olmağa imkan verəcəkdir.
Sizə səmimi qəlbdən möhkəm cansağlığı, xoşbəxtlik, əmin-amanlıq və ali dövləti fəaliyyətinizdə yeni uğurlar arzulayıram.
Hörmətlə,
Yunusbek YEVKUROV,
Rusiya Federasiyası İnquşetiya
Respublikasının başçısı
Azərbaycan.-2013.- 26 dekabr.- S.2.