Azərbaycanın müdafiə naziri Ankarada bir sıra görüşlər keçirmişdir

 

Xəbər verdiyimiz kimi, Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənovun başçılıq etdiyi nümayəndə heyəti türkiyəli həmkarı İsmət Yılmazın dəvəti ilə Ankaraya səfər etmişdir.

Səfər çərçivəsində general-polkovnik Zakir Həsənovun Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının rəisi, ordu generalı Necdet Özəllə görüşü olmuşdur. Görüşdə qardaş ölkələrimizin silahlı qüvvələrinin əməkdaşlıq perspektivləri ilə bağlı müzakirələr aparılmışdır.

Azərbaycanın müdafiə naziri Fəxri qonaqlar kitabını imzalamışdır.

Müdafiə naziri Zakir Həsənovun Türkiyə Silahlı Qüvvələri Jandarma Qoşunları komandanı, ordu generalı Servet Yörük ilə görüşündə də əməkdaşlığın perspektivləri müzakirə edilmişdir.

Sonra general-polkovnik Zakir Həsənovun başçılıq etdiyi nümayəndə heyəti Türkiyə Aerokosmik Sənayesi Şirkəti və ASELSAN şirkətinin Ankaradakı müəssisələri ilə də tanış olmuşdur.

Görüşlərdə Azərbaycanın Türkiyədəki səfiri Faiq Bağırov iştirak etmişdir.

 

 

 

Oqtay BAYRAMOV,

AzərTAc-ın xüsusi müxbiri

İstanbul

Azərbaycan.-2013.- 26 dekabr.- S.5.