Qırğızıstanın turkelpress.com internet resursu

 AzərTAc-ın materiallarını öz saytında yerləşdirmişdir

 

Qırğızıstanın turkelpress.com internet resursu AzərTAc-ın "Nüfuzlu "VİOAS" jurnalı Prezident İlham Əliyevi dünyada "İlin adamı" elan etmişdir", "Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramının icrasının yekunlarına həsr olunmuş konfrans keçirilmişdir" sərlövhəli materiallarını rus dilində öz saytında yerləşdirmişdir.

İnternet qəzetdə Prezident İlham Əliyevin konfransda söylədiyi giriş və yekun nitqi tam olaraq yerləşdirilmişdir. Saytda AzərTAc-ın həmin materiallarla əlaqədar fotoşəkilləri də yer almışdır.

 

 

 

Qulu KƏNGƏRLİ,

AzərTAc-ın xüsusi müxbiri

Bişkek

Azərbaycan.-2013.- 27 dekabr.- S.2.