Ədliyyə naziri
İmişlidə vətəndaşları qəbul etmişdir
Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına və bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq dekabrın 26-da ədliyyə naziri Fikrət Məmmədov İmişli Regional Ədliyyə Şöbəsinin yenicə istifadəyə verilmiş binasında Beyləqan, Biləsuvar, İmişli, Saatlı, Füzuli və digər rayonlarda yaşayan vətəndaşların, habelə Xocavənd və Cəbrayıl rayonlarından olan məcburi köçkünlərin qəbulunu keçirmişdir.
AzərTAc xəbər ki, vətəndaşların rahatlığının təmin edilməsi üçün nazirin qəbuluna yazılış qabaqcadan başlanılmış, nazirliyin elektron xidmətlər portalında xüsusi olaraq birbaşa yazılmaq imkanı yaradılmışdır.
Gün ərzində aparılmış qəbul zamanı ədliyyə və məhkəmə fəaliyyəti, habelə digər müxtəlif məsələlərlə bağlı hər bir vətəndaş diqqətlə dinlənilmiş, müraciətlərdə qaldırılan məsələlərin bir qismi elə yerindəcə öz həllini tapmış, digər müraciətlər üzrə qəbulda iştirak edən nazirliyin aidiyyəti məsul işçilərinə dərhal tapşırıqlar verilmişdir.
Eyni zamanda, ədliyyə və məhkəmə fəaliyyətinə aid olmayan digər məsələlərlə bağlı müraciətlərə baxılmış, onların araşdırılması üçün aidiyyəti üzrə göndərilməsi təmin olunmuşdur.
Qəbul
zamanı vətəndaşlar əhaliyə göstərilən
qayğılı münasibətə, yerlərdə qəbulların
keçirilməsinə, regionlarda yüksək sosial-iqtisadi
şəraitin, o cümlədən yeni müasir infrastrukturun
yaradılmasına görə dövlət
başçısına minnətdarlıqlarını ifadə
etmişlər.
Azərbaycan.-2013.- 27 dekabr.- S.4.