"Avropa
Komissiyasının Azərbaycan Respublikasına Energetika Sahəsində İslahatlara Dəstək
Proqramı ilə bağlı ayırdığı 13,0 mln.
avro məbləğində qrant vəsaitinin Proqramın məqsədlərinə
istifadəsi üzrə Tədbirlər Planı"nın təsdiq
edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin
2009-cu il 16 dekabr tarixli 191 nömrəli qərarında dəyişikliklər
edilməsi barədə
Azərbaycan Respublikasının
Nazirlər Kabineti qərar
¹ 346 Bakı şəhəri,
20 dekabr 2013-cü il
"Alternativ və bərpa olunan enerji sahəsində əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 1 fevral tarixli 810 nömrəli Fərmanına əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
"Avropa Komissiyasının Azərbaycan Respublikasına Energetika Sahəsində İslahatlara Dəstək Proqramı ilə bağlı ayırdığı 13,0 mln. avro məbləğində qrant vəsaitinin Proqramın məqsədlərinə istifadəsi üzrə Tədbirlər Planı"nın təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 16 dekabr tarixli 191 nömrəli qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, ¹ 12, maddə 1066) aşağıdakı dəyişikliklər edilsin:
1. 2-ci hissədə "Azərbaycan Respublikasının Sənaye və Energetika Nazirliyi, Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi" sözləri "Azərbaycan Respublikasının Energetika Nazirliyi, Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyi" sözləri ilə əvəz edilsin və "Azərbaycan Respublikasının Maliyyə Nazirliyi" sözlərindən sonra ", Azərbaycan Respublikasının Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi" sözləri əlavə edilsin.
2. Həmin qərarla təsdiq edilmiş "Avropa Komissiyasının Azərbaycan Respublikasına Energetika Sahəsində İslahatlara Dəstək Proqramı ilə bağlı ayırdığı 13,0 mln. avro məbləğində qrant vəsaitinin Proqramın məqsədlərinə istifadəsi üzrə Tədbirlər Planı" üzrə:
2.1. "2. Tədbirlər Planının məqsəd və vəzifələri" bölməsinin beşinci abzasında "Azərbaycan Respublikası Sənaye və Energetika Nazirliyinin Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin" sözləri "Azərbaycan Respublikasının Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin" sözləri ilə əvəz edilsin;
2.2. "4. Tədbirlər" bölməsi üzrə:
2.2.1. 2.5-ci bənddə "Azərbaycan Respublikası Sənaye və Energetika Nazirliyinin Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin" sözləri "Azərbaycan Respublikasının Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin" sözləri ilə əvəz edilsin;
2.2.2. 1-ci hissənin "Benefisiar təşkilatlar" sütununda "Sənaye və Energetika Nazirliyi" sözləri "Energetika Nazirliyi" sözləri ilə, 2-ci, 3-cü və 6-cı hissələrin "Benefisiar təşkilatlar" sütununda "Sənaye və Energetika Nazirliyi" sözləri "Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi" sözləri ilə əvəz edilsin;
2.2.3. 2-ci, 3-cü və 4-cü hissələrin "Tədbirin icra müddəti (illər üzrə)" sütununda "2010-2011" rəqəmləri "2010-2014" rəqəmləri ilə əvəz edilsin;
2.2.4. 6-cı hissənin "Tədbirin icra müddəti (illər üzrə)" sütununda "2011-2012" rəqəmləri "2013-2015" rəqəmləri ilə əvəz edilsin.
Artur RASİ-ZADƏ,
Azərbaycan
Respublikasının Baş naziri
Azərbaycan.-2013.- 29 dekabr.- S.4.