Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1997-ci il 25 dekabr tarixli  140 nömrəli  qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası gömrük sisteminin büdcədənkənar inkişaf fondu haqqında Əsasnamə və fondun vəsaitinin xərclənməsi Qaydaları"nda dəyişikliklər edilməsi barədə

 

 Azərbaycan Respublikasının Nazirlər Kabineti qərar

 

¹ 347                   Bakı şəhəri, 20 dekabr 2013-cü il

 

 

 

"Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Akademiyasının Nizamnaməsi"nin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 8 iyul tarixli 939 nömrəli Fərmanının 2.1.2-ci yarımbəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1997-ci il 25 dekabr tarixli 140 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997, ¹ 6, maddə 549; 2000, ¹ 6, maddə 473; 2005, ¹ 8, maddə 782; 2011, ¹ 4, maddə 369) ilə təsdiq edilmiş "Azərbaycan Respublikası gömrük sisteminin büdcədənkənar inkişaf fondu haqqında Əsasnamə və fondun vəsaitinin xərclənməsi Qaydaları"nın 3.1-ci bəndinin on dördüncü abzası aşağıdakı redaksiyada verilsinon beşinci abzası ləğv edilsin:

"Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Akademiyasında gömrük orqanlarının əməkdaşlarının əlavə təhsili ilə bağlı xərclərin maliyyələşdirilməsinə;".

 

 

 

Artur RASİ-ZADƏ,

Azərbaycan Respublikasının Baş naziri

Azərbaycan.-2013.- 29 dekabr.- S.4.