"Mərkəzi icra
hakimiyyəti orqanları tərəfindən konkret
sahələr üzrə elektron xidmətlər
göstərilməsi Qaydaları"nın və "Elektron xidmət
növlərinin
Siyahısı"nın
təsdiq edilməsi haqqında" Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 2011-ci il 24 noyabr tarixli 191 nömrəli
qərarında dəyişikliklər edilməsi
barədə
Azərbaycan Respublikasının
Nazirlər Kabineti qərar
¹ 349 Bakı şəhəri,
25 dekabr 2013-cü il
Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə razılaşdırılmış təklifini nəzərə alaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 2011-ci il 24 noyabr tarixli 191
nömrəli qərarı (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2011, ¹ 11, maddə 1072, ¹ 12, maddə 1247;
2012, ¹ 1, maddə 40, ¹ 3, maddə 256, ¹ 10, maddə 1016, ¹ 11,
maddə 1207; 2013, ¹ 6, maddələr 745, 757, ¹ 7, maddə 868, ¹
8, maddələr 1005, 1018) ilə təsdiq edilmiş 2 nömrəli
əlavə - "Elektron xidmət növlərinin
Siyahısı"nın 22.9-cu və 22.10-cu bəndləri
aşağıdakı redaksiyada verilsin:
Azərbaycan.-2013.- 29 dekabr.- S.4.